SOCAR prezidenti "Brookfield"in nümayəndəsi ilə görüşdü
5 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "Brookfield" şirkətinin idarəedici partnyoru və Yaxın Şərq üzrə rəhbəri Jad Ellaun ilə görüşüb. Bu barədə Banker.az-a SOCAR-dan bildirilir.
Görüşdə dünyanın ən böyük investisiya şirkətlərindən biri olan "Brookfield" şirkətinin müxtəlif ölkələrdə həyata keçirdiyi infrastruktur layihələri haqqında ətraflı məlumat verilib.
Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli korporativ strategiyasından bəhs edilib, bu xüsusda enerji təhlükəsizliyi, enerji keçidi, rəqəmsallaşma, biznes dayanıqlılığı, səmərəlilik və optimallaşdırma kimi təməl elementlərin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi vurğulanıb.
Tərəflər Azərbaycanda xarici sərmayədarlar üçün yaradılan əlverişli investisiya mühitindən danışıb, bu istiqamətdə təmiz və rəqəmsal enerji texnologiyalarının tətbiqi, dekarbonizasiya, infrastruktur layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən çox maaş verən şirkətləri
Dropshipping nədir?
Biznes nədir?
Bitcoin necə işləyir?