SOCAR Türkmənistanda nümayəndəlik açacaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkmənistanda nümayəndəlik açmağı planlaşdırır.
Bunu SOCAR-ın Elm və Texnologiya İdarəsinin rəis müavini Emin Ələkbərov Aşqabadda keçirilən XXVII Beynəlxalq Neft-Qaz Konfransı (OGT-2022) çərçivəsində bildirib.
O, qeyd edib ki, SOCAR neft və qazın kəşfiyyatı, işlənməsi, hasilatı, nəqli və emalı ilə məşğuldur: "Şirkətin bir sıra ölkələrdə birgə müəssisələri, nümayəndəlikləri və zavodları, həmçinin özünün elmi-tədqiqat və layihə institutu var".
E.Ələkbərov diqqətə çatdırıb ki, hazırda Azərbaycan əsasən Xəzər dənizinin ona aid hissəsində təbii sərvətlərin çıxarılması ilə məşğuldur: "Qazma platformaları Türkmənistan tərəfində olduğu kimi estakadalarla bir-birinə bağlıdır. Həmçinin karbohidrogenlərin dənizdən quruya tranziti üçün boru kəmərləri şəbəkəsi yaradılıb. Biznes yanaşması ilə ölkələr onları birləşdirə bilər ki, bu da böyük maddi resurslar tələb etmir. Gələcəkdə Qazaxıstan və Özbəkistan öz enerji resurslarının xarici bazarlara nəqli üçün kəmərə qoşula bilər".
SOCAR əməkdaşı OGT-2022-nin dövlətlər arasında siyasi, iqtisadi və mədəni əlaqələrin qurulması baxımından əhəmiyyətini də vurğulayıb. O əlavə edib ki, bu beynəlxalq forumda işgüzar görüşlər fəal keçirilir ki, bu da qarşılıqlı fəaliyyətin texniki məsələlərinin həllini sürətləndirməyə kömək edir. / banker.az

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Biznes nədir və hansı növləri var?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Kriptovalyuta nədir?