Şolts Rusiyanı etibarsız qaz təchizatçısı adlandırıb
Almaniya kansleri Olaf Şolts mətbuat konfransı zamanı Rusiyanı etibarsız qaz təchizatçısı hesab etdiyini bildirib. Onun sözlərinə görə, Rusiyadan yanacaq tədarükünə ümid etmək olmaz.
Banker.az bu barədə "Vedomosti"yə istinadən xəbər verir.
O xatırladıb ki, Avropa İttifaqı və G7 Rusiya qazına əsassız embarqo qoymayıb. Şolts əlavə edib ki, müqavilələr üzrə qaz tədarükü ilə bağlı iddialar, dövrün pis və ya yaxşı olmasından asılı olmayaraq, indi həqiqətə uyğun deyil.
Kansler qeyd edib ki, Rusiyadan Almaniyaya bir neçə boru kəməri çəkilib – Ukrayna, Yamal və Şimal axınından keçən qaz kəməri. Onların gücü Rusiyanın tədarük üzrə öhdəliklərini yerinə yetirmək üçün kifayətdir.
Onun sözlərinə görə, texniki baxımdan Rusiyanın öhdəliklərini yerinə yetirməkdə heç vaxt problemi olmayıb. Şolts onu da bildirib ki, Moskvanın "Şimal axını" ilə qaz nəqlinin texniki səbəblərə görə azaldılması ilə bağlı bəyanatları "inandırıcı deyil".
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir