Son 30 ildə Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşlarının həcmi - AÇIQLANDI
1995-ci ildən 2024-cü ilin birinci I rübün sonuna qədər Azərbaycan Türkiyəyə təqribən 20 milyard ABŞ dolları,Türkiyə Azərbaycana 16 milyard ABŞ dolları dəyərində investisiya yatırıb.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, ölkə iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcminə görə Türkiyə 2-ci yerdə qərarlaşıb.
"Azərbaycanda 4 200-ə yaxın Türkiyə investisiyalı kommersiya qurumu fəaliyyət göstərir",- deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanla-Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 3 milyard 620 milyon 387 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 23,7 % azdır.
Hesabat dövründə Azərbaycanın Türkiyəyə ixracının həcmi 31,9 % azalaraq 2 milyard 329 milyon 275 min ABŞ dolları təşkil edib. Azərbaycanın Türkiyədən idxalının həcmi 2,4 % azalaraq 1 milyard 291 milyon 111 min ABŞ dolları təşkil edib. (Report)

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Elon Musk kimdir?
"Freelance" nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnstaqramda biznes qurmağın yolları
Dünyanın ən varlı 10 adamı