S&P Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

S&P Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb"S&P Global" Beynəlxalq Reytinq Agentliyi 2022-ci ildə Azərbaycanın ÜDM artımının 4% səviyyəsində olacağını proqnozlaşdırır.
Bu barədə reytinq agentliyinin "2022-ci ilin 4-cü rübü üçün EMEA regionunda maliyyə institutlarının monitorinqi: Yeni sarsıntılar yeni çətinliklər gətirir" başlıqlı hesabatında deyilir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
S&P iyul ayı proqnozunda Azərbaycanda 2022-ci il üzrə iqtisadi artımın 3,5% səviyyəsində olacağını pronozlaşdırırdı ki, bu da əsasən qaz hasilatının artımını, qeyri-neft sektorunda canlanmanı və neft hasilatının cüzi azalmasını əks etdirir: "2023-2025-ci illər arasında orta artımın 1%-dən bir qədər çox olacağını gözləyirik, belə ki, yeni qaz ixracı imkanları neft sektorunda tədricən azalmanı qismən kompensasiya edir".
Bununla belə, yenilənmiş proqnozda 2023 və 2024-cü illərdə ÜDM-in artım tempi 1,5%, 2025-ci ildə isə 1% səviyyəsində müəyyən edilib.
Hesabata görə, Azərbaycan, Qazaxıstan və Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurasına üzv neft hasil edən inkişaf etməkdə olan bazarlar enerji qiymətlərinin mövcud dinamikasından faydalana bilər.
"Maliyyələşdirmə şərtlərinin sərtləşdirilməsi, Çində artımın zəifləməsi, Avropada iqtisadi perspektivlərin pisləşməsi və ABŞ-da gözləniləndən daha dərin resessiya EMEA regionunun inkişaf etməkdə olan bazarlarını çətin dövrlərin gözlədiyinə işarə edir.
Artan inflyasiya və beynəlxalq borclanmanın dəyərinin artması Türkiyə kimi xarici maliyyələşdirmədən asılı olan bazarların həssaslığını artıracaq", - hesabatda deyilir.
Eyni zamanda, S&P hesab edir ki, iri xammal ixracatçıları, xüsusən də neft-qaz sektorundan əhəmiyyətli gəlir əldə edən ölkələr cari qiymət tendensiyalarından faydalana bilər.
"Eyni şəkildə, Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra bəzi qonşu ölkələrin insan və kapital axınından və regionda ticarət axınının yönləndirilməsindən faydalandığını müşahidə etdik. Bu, münaqişə ilə bağlı narahatlıqlar və Rusiyaya tətbiq edilən sanksiyalar, eləcə də bir çox müəssisələrin münaqişənin əvvəlindən Rusiyanı tərk etmək qərarına gəlməsi səbəbindən baş verib", - agentliyin analitikləri hesab edirlər.
S&P yaxın 1-2 il ərzində Avropada makroiqtisadi vəziyyətin daha da çətinləşəcəyini proqnozlaşdırır.
"Davam edən enerji qiymətləri böhranını nəzərə alaraq, biz azalma risklərinin artacağını gözləyirik. Rusiya Ukrayna ilə hərbi münaqişədə irəliləyişin olmamasını əsas enerji təchizatçısı kimi mövqeyini gücləndirməklə kompensasiya edir ki, bu da Avropada inflyasiyaya təkan verir. Hökumətlər artan inflyasiya təzyiqlərini nəzərə almaqla istehlakçılara və bizneslərə dəstək tələbləri ilə üzləşir. Maliyyələşdirmə şərtlərinin sərtləşdirilməsi daha həssas iqtisadiyyatları və zəif oyunçuları sarsıdaraq problemi daha da gücləndirə bilər. Artan inflyasiyanın və aşağı iqtisadi artımın uzun müddət davam etməsi maliyyə institutları üçün riskləri artıracaq", - hesabatda deyilir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report / marja.az

Maliyyə     Tarix: 10 noyabr 2022

Oxşar xəbərlər

Azərbaycanın iki ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Ermənistana 4 milyon 220,3 min ABŞ dolları dəyərində məhsul ixrac edib. "Marja" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, Azərbaycanı

İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb

2026-cı ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub ki, bu da proqnoza nisbətən 130,3 milyon manat çoxdur

İqtisadi Şuranın növbəti iclası keçirilib

14 aprel tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində 2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi (OMBÇ), büdcə siyasətinin əsas istiqamə

Yaponiyada 30 milyard dollarlıq valyuta müdaxiləsi

Yaponiya, 30 aprel tarixində yeni dollar qarşısında dəstəkləmək üçün həyata keçirdiyi valyuta müdaxiləsi zamanı təxminən 4,68 trilyon yen (cari məxənnə ilə təxminən 30 milyard dollar) xərcləyib. Başqa sözlə, bazara girişi

Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədil

"Azərlotereya" 2025-ci il üzrə maliyyə hesabatını açıqladı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib. Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdə

Azərbaycanda sənaye istehsalı 0,5 faiz artıb

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-fevral aylarında sənaye istehsalı haqqında məlumatları açıqlayıb. Qeyd edilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2026-cı ili

Azərbaycan ilk rübdə daha çox buğda alıb - 83 MİLYON DOLLAR XARİCƏ GEDİB

2026-cı ilin ilk 3 ayı ərzində (yanvar-mart) Azərbaycana 82 milyon 766 min dollar dəyərində 371 min 802 ton buğda idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir. 2025-ci ili

Avrozonada inflyasiya 3 faizə yüksəlib

Eurostat (Avropa Statistika Ofisi) Avrozonanın aprel ayına dair inflyasiya üzrə ilkin məlumatlarını açıqlayıb. Məlumata görə, Avrozonada mart ayında 2,6% olan illik inflyasiya apreldə 3%-ə yüksəlib. İnflyasiya apreldə aylı


iqtisadi xeberler biznes ideyalari valyuta kurslari valyuta mezennesi kripto