"S&P": "Qırmızı dənizdə artan təhlükəsizlik təhdidləri Azərbaycan neftinin təchizatına təsir göstərə bilər"

Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi və iri yerli neft emalı zavodları Hörmüz boğazı ilə bağlı gərginliyin və Yəmən husilərinin fəaliyyətinin bu ölkənin Yaxın Şərqdən xam neft idxalına mane olma ehtimalının az olacağını düşünür, lakin hazırda nəqli zamanı daha uzun marşrutdan istifadə edilən Qazaxıstanın "CPC Blend" markalı neftinin bəzi partiyalarının tədarükündə gecikmələr ola bilər.
Bu barədə "S&P Global Commodity Insights" beynəlxalq reytinq agentliyinin məlumatında bildirilir.
Bildirilib ki, bu markalı Qazaxıstan neftinin tədarükü Qırmızı dəniz hövzəsində təhlükəsizliklə bağlı risklərin artması səbəbindən təhdid altındadır:
"CPC Blend" nefti əvvəlcə istehsal müəssisələrindən Tengiz-Qara dəniz kəməri vasitəsilə Rusiyanın Qara dənizdəki Novorossiysk dəniz limanına göndərilir. Buradan isə Süveyş kanalı vasitəsilə Cənubi Koreyadakı dəniz limanlarına nəql olunur".
Bildirilib ki, indi Qazaxıstan nefti Cənubi Koreyaya Süveyş kanalından yan keçərək Ümid burnu vasitəsilə, yəni daha uzun marşrutla göndərilir.
Digər tərəfdən, Asiya neft emalı zavodlarının ümumi xam neft idxalı baxımından Qırmızı dəniz marşrutundan asılılığı cüzidir. Belə ki, ABŞ, Latın Amerikası və Qərbi Afrikadan göndərilən demək olar ki, bütün xam neft yükləri adətən Cənubi Afrikanın ən cənub hissəsi vasitəsilə Uzaq Şərqə nəql olunur.
Amma kiçik həcmdə Liviyanın "El Sharara", "Mesla Blend" neft növləri və "Mellitah" kondensatı, həmçinin Əlcəzairin "Saharan Blend", Qazaxıstanın "CPC Blend" və Azərbaycanın "Azeri Light" nefti "Suezmaxes" və ya daha kiçik tankerlərdə daşınır. Bu tankerlər Uzaq Şərqə Süveyş kanalı və Qırmızı dəniz marşrutu ilə gedir.
Bu arada, Cənubi Koreyanın neft emalı ilə məşğul olan şirkətləri məlumat veriblər ki, logistik risklər və "CPC Blend" xam neftinin nəqli ilə bağlı daha yüksək xərclər onların aylıq xam neft alışına dair planlarına zərər verməyəcək, çünki bir çox alternativ tədarük variantları var.
"Süveyş kanalı və Qırmızı dəniz Cənubi Koreya üçün heç vaxt mühüm neft ticarəti yolu olmayıb", – "Ulsan" neft emalı zavodunun meneceri söyləyib.
Cənubi Koreyada fəaliyyət göstərən iki neft emalı zavodunun menecerləri deyiblər ki, ölkələrinin Şimali Afrika və Aralıq dənizindən keçən marşrutdan çox asılı olmamasının səbəblərindən biri ABŞ-nin xeyli miqdarda yüngül, az kükürdlü xam neft təklif etməsidir.
Gömrük məlumatlarına əsasən, ötən ilin dekabrında bu ölkəyə ABŞ-nin xam neft tədarükləri, əsasən "WTI Midland" daxil olmaqla, illik müqayisədə 18.9% artaraq 15.7 milyon barelə çatıb.
Ümumilikdə, dünyanın dördüncü ən böyük neft idxalçısı olan Cənubi Koreyaya ötən ay 88.22 milyon barel neft tədarük edilib.
2023-cü ildə Cənubi Koreya 1 milyard 004,1 milyon barel xam neft idxal edib və bu da 2022-ci ilin göstəricisindən 2.6% azdır. / banker.az

Xəbərlər     Tarix: 16 yanvar 2024

Oxşar xəbərlər

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd


iqtisadi xeberler internetden pul qazanmaq biznes krediti bu gunun xeberleri biznes qurmaq