"S&P" SOCAR-ın müstəqil kredit qabiliyyəti reytinqini açıqlayıb

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yüksək təminatlı borcunun uzunmüddətli emitent kredit və emissiya reytinqlərini "BB-" səviyyəsində təsdiqləyib, müstəqil kredit qabiliyyəti reytinqini (SACP) isə "b-"dən "b"yə yüksəldib.
"S&P"nin məlumatlarında bildirilir ki, "sabit" reytinq proqnozu SOCAR-ın likvidliyinin idarə oluna biləcək səviyyədə olduğu, həmçinin hökumətin təcili və davamlı dəstək göstərməyə hazırlığının davam edəcəyi ilə bağlı gözləntiləri əks etdirir.
"Bu, həmçinin, şirkətin kapital qoyuluşu layihələri və əsas əməliyyatlarında heç bir böyük gecikmə, artıq xərc və ya əməliyyat problemlərinin olmayacağı və SOCAR-ın hökumətlə çox güclü əlaqələrində əsaslı dəyişikliklərin baş verməyəcəyinə dair gözləntilərimizi əks etdirir", – məlumatda bildirilir.
S&P bildirir ki, SOCAR hazırda xammal məhsullarının qiymətlərinin yüksək olmasından faydalanır ki, bu da 2022-2024-cü illərdə şirkətin mənfəətini və pul axınlarını artıracaq, həmçinin göstəricilərini yaxşılaşdıracaq: "Neft və qaz qiymətlərinin aşağı olması səbəbindən nisbətən zəif keçmiş 2020-ci ildən sonra daha əlverişli bazar şərtləri SOCAR-ın mənfəətinin xeyli artmasına gətirib çıxarıb.
SOCAR gəlirlərdə və pul axınında nəzərəçarpacaq artım nümayiş etdirib. Biz 2022-ci ildə konsolidə edilmiş EBITDA-nın təqribən 10 milyard manat olacağını proqnozlaşdırırıq, halbuki 2021-ci ildə bu göstərici 7.8 milyard manat və 2020-ci ildə isə cəmi 4.3 milyard manat olub".
Agentlik hesab edir ki, reytinqin artması potensialı suveren reytinqin yüksəldilməsi ilə bağlı ola bilər: "Hesab edirik ki, şirkətin böyük borcunu və dövlət dəstəyi ilə əlaqədar reytinqi onsuz da əhəmiyyətli dərəcədə yüksəltdiyimizi nəzərə alaraq, yaxın 1-2 ildə reytinqdə müsbət dəyişikliklərin baş verməsi ehtimalı azdır. Bundan sonra müsbət reytinq dəyişikliyi daha az aqressiv və daha proqnozlaşdırıla bilən maliyyə siyasəti üzrə SOCAR-ın müstəqil kredit qabiliyyəti reytinqinin azı "bb-" səviyyəsinə yüksəldilməsi, eləcə də məlumatların açıqlanması və hesabatlılıq daxil olmaqla, idarəetmə və korporativ idarəetmə təcrübələrinin yaxşılaşdırılması ilə dəstəklənə bilər". / banker.az

Xəbərlər     Tarix: 01 mart 2023

Oxşar xəbərlər

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler en son xeberler 1000 manatla biznes biznes xeberleri rubl mezenne