"S&P" Türkiyədəki zəlzələnin Azərbaycandan neft tədarükünə təsirini qiymətləndirib

Yanvar ayında Ceyhan neft terminalı vasitəsilə Azərbaycan və İraqdan dəniz yolu ilə xam neft ixracı gündəlik orta hesabla 1 milyon barel təşkil edib.
Bu barədə "S&P Global Ratings" beynəlxalq reyting agentliyinin bölməsi olan "S&P Global Commodities at Sea" bildirir.
"Fevralın 6-da Türkiyədə və Suriyada baş vermiş iki dağıdıcı zəlzələ nəticəsində böyük insan tələfatı ilə yanaşı, mühüm infrastruktura ciddi ziyan dəyib, əsasən də Türkiyədə daxili ticarət pozulub ki, bunun da qlobal fəsadları ola bilər.
Dünya bazarları zəlzələlərə neftin qısamüddətli qiymət sıçrayışı ilə cavab verdi ki, bunun da səbəbi təbii fəlakətin tədarük baxımından problemlərə gətirib çıxarmasıdır. Zəlzələlərdən dərhal sonra elektrik enerjisinin verilməsinin dayandırılması və çənlərin zədələnməsi səbəbindən Aralıq dənizində yerləşən neft emalı zavodları üçün əsas ixrac marşrutu olan Türkiyədəki Ceyhan neft terminalında əməliyyatlar dayandırılıb. Nəticədə Azərbaycan və İraqdan xam neft ixracı dayandırılıb", – S&P qeyd edir.
İraq-Türkiyə neft kəmərinin zəlzələ zonasından keçən zədələnmiş hissəsi təmir edildikdən sonra Ceyhan neft terminalında xam neftin daşınması bərpa olunub. BP-nin operatorunun sözçüsü "S&P Global Commodity Insights"a bildirib ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri toxunulmaz qalıb və xam neft Ceyhan habında çənlərdə saxlanılıb.
Agentliyin məlumatına görə, hadisədən bir neçə gün sonra dünya bazarında neft qiymətləri stabilləşib, Türkiyədə səhmlərlə ticarət isə qısa fasilədən sonra fevralın 15-də bərpa olunub.
"Türkiyənin Aralıq dənizi və Qara dəniz arasında mühüm dəniz mövqeyinə malik olması səbəbindən zəlzələlərin vurduğu ziyan gəmiçilik sektoruna da təsir edir. Zəlzələlər və sonradan baş verən yanğınlar nəticəsində Türkiyənin Aralıq dənizi sahilində yerləşən İsgəndərun limanında əməliyyatlar, həmçinin "Maersk" kimi qlobal logistika şirkətləri üçün daşımalar dayandırılıb", – S&P-nin açıqlamasında deyilir.
"Maersk"dən bildirilib ki, bərpa işlərinin nə qədər davam edəcəyi hələ məlum deyil: "Hazırda İskəndəruna və bu limandan yeni sifarişlər qəbul etmirik".
S&P hesab edir ki, Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində avtomobil yolları və limanların zədələnməsi, elektrik enerjisinin və təbii qazın verilməsinin dayandırılması polad istehsalına da təsirsiz ötüşməyib: "Zəlzələlərdən sonra zərərin qiymətləndirilməsi və xilasetmə işlərinin aparılması üçün zərər çəkmiş bölgələrdə yerləşən poladtökmə zavodlarında istehsal və daşınma dayandırılıb. Türkiyənin polad istehsalının 30 %-dən çoxu zəlzələ bölgəsindəki iri poladtökmə zavodlarının payına düşür. Zavodların bir müddət bağlı qalması poladın qiymətinə təsir göstərə bilər. Bununla belə, yenidənqurma işləri polad üçün tələbi və qiymətləri artırmalıdır". / banker.az

Xəbərlər     Tarix: 23 fevral 2023

Oxşar xəbərlər

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti


iqtisadi xeberler biznes xeberleri leobank kart bank faizleri dollar manat kursu