Şprislərin idxalı gömrük rüsumundan azad edilir
Həcmi 2 millilitr və ya daha az olan, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan, – həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan və digər plastmasdan iynəli və ya iynəsiz şprislərin ölkəyə idxalı 31 dekabr 2024-cü ildən idxal gömrük rüsumundan azad edilir.
Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə etdiyi dəyişiklikdə əksini tapıb.
31 dekabr 2024-cü ilə qədər iynəli və ya iynəsiz şprislərin həcmi 2 millilitr və ya daha az olanların 1 ədədi üçün 0,02 ABŞ dolları, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayanların 1 ədədi üçün 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayanların 1 ədədi üçün 0,03 ABŞ dollar, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayanın 1 ədədi üçün 0,04 ABŞ dolları, digərlərinin 1 ədədi üçün 0,04 ABŞ dolları idxal gömrük rüsumu tətbiq olunacaq.
Qeyd edək ki, insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr (ml) və ya daha az olan plastmasdan iynəli və ya iynəsiz şprislərin ölkəyə idxalı gömrük rüsumundan azaddır. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab