Stallonedən qəribə addım: Çiynində həyat yoldaşının portretini it döyməsi ilə əvəzlədi - FOTO
Stallonedən qəribə addım: Çiynində həyat yoldaşının portretini it döyməsi ilə əvəzlədi - FOTO
Döyüş filmlərindəki rolları ilə tanınan Hollivud ulduzu Silvestr Stallone çiynindəki yeni tatusu ilə sosial şəbəkələrdə əsl müzakirə mövzusuna çevrilib.
Belə ki, aktyor 25 ildir qolunda olan həyat yoldaşı Cennifer Flavinin şəklini it döyməsi ilə əvəzləyib.
Aktyorun sözlərinə görə, o portreti yeniləmək istəyib, amma cəhd çox uğursuz olduğundan usta köhnə döyməni tamamilə örtmək qərarına gəlib. Eskiz olaraq isə aktyorun bir neçə il əvvəl ölən "Butkus" ləqəbli itin portreti seçilib.
Ancaq istifadəçilərə bu izah bəhanə kimi görünüb.
Qeyd edək ki, uzun müddətdir ki, Stallone ailəsində çətinliklərin başladığı barədə şayiələr yayılıb. Belə ki, aktyorun həyat yoldaşı qızları ilə şəklini sosial şəbəkədə paylaşaraq qeyri-müəyyən şərh yazıb: "Bizim dördümüz həmişəlik. Qalanı vacib deyil".
Sənətçinin nümayəndəsi isə ulduzun ailəsində hər şeyin qaydasında olduğunu, aktyorun ailəsini çox sevdiyini və onlarla birlikdə yeni layihənin çəkilişlərinə başladığını bildirib.
Xatırladaq ki, Stallone və Cennifer Flavin 1988-ci ildə tanış olublar, ancaq münasibətləri yalnız 1997-ci ildə qanuniləşib. Onların üç qızı var.




Mənbə: Gazeta.ru

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
1000 manatla hansı biznesi qurmaq olar?
Onlayn biznes ideyaları
Bitcoin nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Mcdonalds françayzinqi neçiyədir?