"Starlink" bu tarixdə Gürcüstanda fəaliyyətə başlayacaq
"SpaceX" şirkətinin "Starlink" peyk internet xidməti layihəsi 2023-cü ildən Gürcüstanda aktivləşdiriləcək.
Məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb.
Bildirilib ki, Gürcüstan bununla regionda "Starlink" layihəsinin fəaliyyətə başlayacağı ilk ölkə olacaq.
Qeyd olunub ki, ilkin mərhələdə ölkədəki bütün texnoparklar və texnologiya sahəsinə aid qurumlar "Starlink" interneti ilə təmin ediləcəklər.
Ölkə miqyasında sürətli internetin aktivləşdirilməsinin ictimai xidmətləri inkişaf etdirəcəyi, təhsil səviyyəsini artıracağı bildirilib. Qeyd olunub ki, nəticədə məktəblər internetlə təmin ediləcək, təhlükəsizlik gücləndiriləcək və informasiya texnologiyaları sahəsi üçün yeni fürsətlər yaradacaq.
"SpaceX" şirkətinin Gürcüstan bazarına daxil olmaqla bağlı ötən ildən maraq göstərdiyi bildirilib.
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir