Süni intellekt insanın ölmə vaxtını proqnozlaşdıracaq – yeni alqoritm hazırlanıb

Süni intellekt insanın ölmə vaxtını proqnozlaşdıracaq – yeni alqoritm hazırlanıb"Nature Computational Science" elmi jurnalının alimləri insanın həyat hekayəsindən istifadə edərək onun necə yaşayacağını və nə vaxt öləcəyini proqnozlaşdıra bilən alqoritm hazırlayıb.
"Life2vec" adlandırılan modelin doğruluq payı təxminən 78 faiz təşkil edir ki, bu da oxşar həyati məlumatları proqnozlaşdıran digər alqoritmlərlə ekvivalent təşkil edir.
Onu digər modellərdən fərqləndirən cəhət isə ChatGPT-ə bənzər söhbət botu kimi işləməsidir. Model əlində olan mövcud təfərrüatlardan istifadə edərək gələcək hadisələri proqnozlaşdırır.
Alqoritm Danimarka və ABŞ alimləri tərəfindən danimarkalı insanların məlumatlarından ibarət olan bir məlumat deposu kimi hazırlanıb.
Bu depoda 6 milyondan çox real insanın gəlirləri, məşğuliyyəti, yaşayış yeri, yaralanma və hamiləlik halları da daxil olmaqla bütün növ məlumatlar yerləşdirilib. Nəticədə isə bir insanın erkən ölmə ehtimalı və ya həyatı boyu qazancları haqqında proqnozlar verə bilən model əldə edilib.
Vaxtından əvvəl ölümə gətirib çıxaraq səbəblər sırasında kişi cinsinə mənsub olmaq, ruhi xəstəlik haqqında diaqnoz qoyulması və ya fiziki işlə məşğul olmaq kimi amillər də yer alır.
Daha uzun ömür yaşamaq üçün zəruri olan amillər kimi isə daha yüksək gəlir və lider kimi fəaliyyət göstərmək qeyd edilir.
Elm adamları "Life2vec"ə "İnsan dörd ildən sonra öləcəkmi?" kimi sadə suallar verə bilərlər.
Model 2008-ci ildən 2016-cı ilə qədər əldə edilmiş məlumatlar əsasında hazırlanıb.
Sistem əhali haqqında məlumatlar əsasında 2020-ci ilə qədər baş verən ölüm hallarının dörddə üçündən çoxunu dəqiq təxmin edib.
Məxfilik prinsipləri baxımından iştirakçıların məlumatları hələ paylaşılmayıb. Elm adamları məxfilk pozulmadan nəticələrin paylaşılması üçün işlərini davam etdirirlər.
Layihə menecerlərinin sözlərinə görə, bütün məlumatlar Danimarkadan gəlib, ona görə də bu təxminlər başqa yerlərdə yaşayan insanlar üçün keçərli olmaya bilər. Komandanın fikrincə, üstəlik, insanların çoxu nə vaxt öləcəklərini də bilmək istəmirlər. / banker.az

Xəbərlər     Tarix: 22 dekabr 2023

Oxşar xəbərlər

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd


iqtisadi xeberler internetden pul qazanmaq biznes krediti bu gunun xeberleri biznes qurmaq