TANAP ilə Türkiyə və Avropaya 55 mlrd. kubmetr Azərbaycan qazı nəql olunub
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz-2" qaz-kondensat yatağından çıxarılan təbii qazı Türkiyə və Avropa istehlakçılarına çatdıran Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə ümumilikdə bu ilin noyabrın sonunadək təqribən 55 milyard kubmetr həcmində qaz ötürülüb.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan 1 850 kilometr uzunluğunda olan TANAP Türkiyə ərazisindən keçərək "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyə və Avropa istehlakçılarına çatdırır.
Maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) birləşir. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Whatsapp biznesin üstünlükləri nələrdir?
Dünyanın ən varlı 10 müğənnisi
Dünyada ən çox oxunan 5 kitab
Biznes nədir və hansı növləri var?
Startup nədir və necə olur?