"TANAP-ın genişləndirilməsi Avropa üçün çox önəmli olacaq"
Trans-Anadolu qaz boru kəmərinin (TANAP) genişləndirilməsi Avropa üçün çox önəmli olacaq.
Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "A-Haber" kanalına müsahibəsində bildirib.
"Avropa Rusiya qazından başqa bir şey axtarırsa, TANAP onun istiqamət aldığı yerlərdən biridir. TANAP-ın gücü artırılarsa, bu, Avropa üçün çox önəmli olacaq", – İbrahim Kalın qeyd edib.
Digər variant kimi Türkiyə Prezidentinin sözçüsü Aralıq dənizində təbii qaz kəməri məsələsini də qeyd edib: "Bu da Türkiyə üzərindən ola bilər. Yoxsa qazı LNG ilə əldə edəcəksiniz. Bununla ehtiyacı ödəmək kifayət deyil".
Xatırladaq ki, TANAP-ın ötürmə qabiliyyəti 16 mlrd. kubmetrdir (6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri isə Avropa üçün nəzərdə tutulub – red.). Kəmərin ötürmə gücü gələcəkdə 31 mlrd. kubmetrədək artırıla bilər.
Qeyd edək ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır. / banker.az

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dünyanın ən varlı 10 müğənnisi
IMEI kod nədir?
Biznes nədir və hansı növləri var?
Necə Bitcoin almaq olar?