Tanınmış idmançını qətlə yetirən şəxs: "Qərar vermişdim ki, ondan qisas alacam"
Tanınmış idmançı Zaur Yusifovu güllələyib qətlə yetirməkdə ittiham olunan Samir Şirəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.
Məlum olub ki, Samir Şirəliyev Yasamal rayonu ərazisində yerləşən Ovçular mağazasından 1200 manata ov tüfəngi və patronlar alıb. Daha sonra o, Zaur Yusifovu izləyib. Hadisə günü Zaur Yusifovun olduğu kafenin qarşına gedərək onun çıxmasını gözləyib. O, gecə saatlarında çay evindən çıxıb, üzbəüzdə yerləşən mağazaya daxil olub. Mağazada olarkən onu qətlə yetirib.
Samir Şirəliyev ittihamlara münasibət bildirərkən özünü qismən təqsirli bildiyini deyib.
O, ifadəsində Zaur Yusifovu ümumi təhlükəli üsulla öldürmədiyini əksinə, mağazada satıcını görəndə güllə ona dəyər deyə atəş açmadığını bildirib.
Samir Şirəliyev vəkillərin suallarını cavablandırarkən bildirib ki, xalası oğlu Emin Səfərov hələ uşaq vaxtlarından onların dolanışığına kömək edib, qayğı göstərib: "Emin mənə həm ata, həm ana, həm də qardaş olub. O, öldürüləndə mən müharibədə idim, hərbi xidmət dövrümə düşmüşdü. Onun ölümündən hərbi xidmətdən qayıdandan sonra xəbərim oldu. Zaur Yusifov həbsdən buraxılanda qərarlaşdırdım ki, ondan qisas alacam".
Vəkillər Samir Şirəliyevin nəzərinə çatdırıb ki, xalası oğlunun qətlinə görə daha bir nəfər – Həsən Tağıyev də həbs olunub. Ona məhkəmənin hökmüylə 18 il həbs cəzası kəsilib. Elə həmin məhkəmə Zaur Yusifovu təqsirsiz hesab edərək bəraət verib. Belə olan halda, niyə Həsən Tağıyevi yox, Zaur Yusifovu hədəf seçməsini Samir Şirəliyev bu cür izah edib: "Həsən onu təkbaşına öldürə bilməzdi. Emini öldürmək onun başı üçün deyildi. Bilirdim ki, o öldürüb, sadəcə, məhkəmə nəyə görəsə bəraət verib".
Xatırladaq ki, hadisə bu il Nəsimi rayonu 6-cı mikrorayon ərazisində baş verib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib. Zaur Yusifov "Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində təqsirləndirilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Ötən ilin oktyabrında hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunmuş hökmə əsasən, hadisədə iştirakı sübut olunmadığı üçün Zaur Yusifova bəraət verilib.
Zaur Yusifovu qətlə yetirən Samir Şirəliyev "Emin 444" kimi tanınan Emin Səfərovun xalası oğludur.//APA

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Biznes nədir və hansı növləri var?
Dünyanın ən çox maaş verən şirkətləri
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dropshipping nədir?
İKEA şirkətinin tarixi