TAP ilə nəql edilən Azərbaycan qazının həcmi açıqlanıb
Azərbaycan təbii qazının Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Avropaya tədarükü 30 milyard kubmetri ötüb.
Bu barədə TAP konsorsiumunun məlumatında bildirilir.
"Hazırda Yunanıstan, Bolqarıstan və İtaliyaya 30 milyard kubmetrdən çox təbii qaz nəql etmişik. Biz əməliyyatlarımızın son prinsipləri kimi etibarlılıq və təhlükəsizliyi qorumuşuq", – deyə konsorsiumun yaydığı məlumatda deyilir.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən, yaxın 4 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Whatsapp biznesin üstünlükləri nələrdir?
Dünyanın ən varlı 10 müğənnisi
Dünyada ən çox oxunan 5 kitab
Biznes nədir və hansı növləri var?
Startup nədir və necə olur?