TAP-la Azərbaycan qazının İtaliyaya nəqli 2.5 dəfə artacaq

TAP-la Azərbaycan qazının İtaliyaya nəqli 2.5 dəfə artacaqKommersiya əməliyyatları başlayandan bəri Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik kəməri (TAP) vasitəsilə İtaliyaya 13.5 mlrd. kubmetrdən artıq qaz nəql edilib.
Bu barədə TAP konsorsiumunun idarəedici direktoru Luka Şippati bildirib.
"Kommersiya əməliyyatları başlayandan bəri TAP ilə Avropaya 16 mln. kubmetrdən çox qaz nəql edib ki, bunun da 13.5-dən çoxu İtaliyaya çatdırılıb, bu da bütün qitənin tədarük təhlükəsizliyinin gücləndirilməsinə kömək edir", – Luka Şippati qeyd edib.
Onun sözlərinə görə, bu il TAP ilə İtaliyaya nəql edilən qazın həcmi 9.5 mlrd. kubmetrə çata bilər, bu da keçən illə müqayisədə 2.5 dəfə çoxdur: "Söhbət milli qaz tələbatının 13%-dən çoxundan gedir".
Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir. / banker.az

Xəbərlər     Tarix: 23 sentyabr 2022

Oxşar xəbərlər

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Minimum əməkhaqqı ilə bağlı - YENİLİK GÖZLƏNİLİR

Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunub. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır. xəbər verir ki, Milli Məclisi

Süd vəzi xərçənginə dəstək məqsədilə "GüclüSən" sığorta məhsulu təqdim olunub.

Qadın sağlamlığının qorunması və çətin anlarda maliyyə dəstəyinin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə "PAŞA Həyat Sığorta" tərəfindən qadınlar üçün yeni həyat sığortası məhsulu təqdim olunub

Dövlət qulluqçuları artıq sertifikat imtahanı verməyəcək - Yeni qayda açıqlanıb

Yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi məqsədilə növbəti sertifikat almaq üçün imtahan vermək tələbi əksini tapmayıb. xəbər verir ki, bunu APA-ya açıqlamasınd

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişib

Maliyyə Nazirliyinin Kollegiyası 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edib. Bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb. Qərara əsasən, bunda

Dövlət qulluqçuları və hərbçilərin pensiya hesablanması dəyişir

Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsip

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında


iqtisadi xeberler dollar kursu iqtisadiyyat xeberleri biznes krediti dollar manat kursu