TAP vasitəsilə 7.59 mlrd. m³ Azərbaycan qazı ötürülüb
Bu ilin əvvəlindən Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə kubmetr həcmində "mavi yanacaq" ötürülüb.
Bu barədə TAP AG konsorsiumundan bildirilib.
Həmçinin TAP vasitəsilə 2020-ci ilin dekabrın 31-dən indiyədək ümumilikdə 27.09 milyard kubmetr qaz nəql edilib. Bunun 1.37 milyard kubmetri Bolqarıstana, 2.85 milyard kubmetri Yunanıstana, 22.65 milyard kubmetri isə İtaliyaya göndərilib.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Bolqarıstana, "Şahdəniz" qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən "mavi yanacaq" Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə nəql edilir. "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz-2" yatağından 1 milyard kubmetr qazın tədarükü üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Françayzinq nədir və necə olur?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Shopify-da necə satışa başlamaq olar?
Bill Qeyts kimdir?
SWIFT nədir?