Taxıl yenidən bahalaşacaq - Ekspert
Rusiya İstanbulda imzalanan taxıl sazişindən çıxdığını elan edib. Rusiyanın bu qərarı dünya bazarlarında taxılın qiymətinin qalxmasına səbəb olacaq.
KONKRET.azxəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov qeyd edib.
Ekspert bildirib ki, taxıl qiymətləri ölkələrin ixraca məhdudiyyət tətbiqindən sonra özünün maksimum həddinə cari ilin may ayının birinci yarısında çatmışdı.
"Türkiyənin sonradan müdaxiləsilə Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair saziş imzalamışdı. Beləcə, yaradılmış "taxıl dəhlizi" dünyada olan ajiotajı azaltmış və qiymətlər enməyə başlamışdı. İndi Rusiyanın yenidən bu mövqeyə qayıtması taxıl bazarında gərginliyi artıracaq və bu addım taxıl qiymətlərinə öz mənfi təsirini göstərəcək" – deyə Eldəniz Əmirov əlavə edib.
İqtisadçının sözlərinə görə, Rusiya əlində qalan ən son təsir alətlərindən istifadə etməklə Qərbin sanksiyalarına qarşılıq verməyə çalışır:
"Rusiyanın hazırda əlində iki təsir aləti qalıb ki, bu da korbohidrogen ehtiyatları və ərzaq məhsulları bazarında gərginlik yaratmaqdır. Əslində bu alətlərin də artıq əvvəlki kimi təsiri qalmayıb. Amma yenə də indi fürsətdən istifadə edərək "taxıl dəhlizi" sazişindən çıxmaqla, ərzaq təhlükəsizliyinə təhdidlər yaratmaqla mövqeyini gücləndirməyə çalışır".
Qeyd edək ki, Rusiya tərəfi dünən taxıl müqaviləsindən imtina etdiyini açıqlayıb. Ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Sevastopolda "Taxıl dəhlizi"nin təhlükəsizliyini təmin edən Qara dəniz donanmasının gəmilərinə və mülki gəmilərə hücumlardan sonra Moskva taxıl müqaviləsində iştirakını dayandırır.
Günel Mikayılova,
KONKRET.az

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Biznes nədir və hansı növləri var?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Kriptovalyuta nədir?