Tbilisi ukraynalı qaçqınlara sığınacaq verilməsini dayandıracaq
İyulun 31-dən Gürcüstanın paytaxtı Tbilisi Ukraynadan olan qaçqınların sığınacaqla təmin olunması proqramını məhdudlaşdırır.
Gürcüstan mətbuatında bildirilir ki, ukraynalı qaçqınlar aylıq maddi yardım alacaqlar. Bu, hər ailə üçün 300 lari (təxminən 100 ABŞ dolları) və əlavə olaraq adambaşına 45 lari (16 dollar) müəyyən edilib. Bundan əlavə, beynəlxalq təşkilatlar ("World Vision" və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı – UNHCR) adambaşına 235 lari (80 ABŞ dolları) məbləğində yardım paketini nəzərdən keçirir.
Mart ayından Tbilisi meriyası qaçqınları gündə üç dəfə yeməklə müxtəlif otellərə yerləşdirib. Bu proqram çərçivəsində şəhər 5 100-ə yaxın insanı qəbul edib, bu gün 2 300-dən çox ukraynalı otellərdə yaşayır.
Tbilisi meriyasının proqramı ayın sonunda başa çatacaq.
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə