"Təbrizdə, Ərdəbildə hansı etnik qrupun yaşadığını unutmasınlar" – İranla bağlı SƏRT AÇIQLAMA

Son zamanlar İranın Azərbaycana qarşı təhdidləri geniş vüsət alıb. Doğrudur bu təhdidlər boş söz yığınından başqa bir şey olmasa da, iki dövlət arasındakı münasibətlərə mənfi təsir göstərir və gərginlik yaradır. İranlı "diplomatların" "Naxçıvan və ümumiyyətlə Azərbaycan İrana birləşdirilməlidir" kimi sərsəm açıqlamaları isə sadəcə ürək bulandırır. Farsların özünü əsrlərdən türklərin idarə etdiyini, Təbrizdə, Ərdəbildə və digər şəhərlərdə milyonlarla soydaşımızın yaşadığını unudan İran rejimi bu cür təxribatçı və separatçı fikirlərin əks effekt yaradacağı haqda ciddi düşünməlidir. Əgər söhbət ərazi iddialarına qalsa, bu zaman tarixi ərazimiz olan Cənubi Azərbaycanın Şimalla (Azərbaycan Respublikası ilə) birləşdirilməsi ən doğru prosesdir. Odur ki, başqasının torpağına göz dikən fars-molla rejimi papağını qarşısına qoyub bir daha fikirləşməli və bu cür sərsəm açıqlamalarla çıxış edən rəsmilərinin ağzını yummağı bacarmalıdır.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, 44 günlük müharibəyə qədər olduğu kimi, ondan sonra da İrandakı bir qrup fars şovinistləri və xaricdəki bəzi dairlər rəsmi Bakı ilə Tehran arasında münasibətlərə zərər vurmaq istəyirlər: "Hadisələr kifayət qədər ciddidir. Biz görürük ki, təkcə İran daxilində deyil, eyni zamanda xaricdəki bəzi KİV-lər də aranı qızışdırmaqla məşğuldurlar. əlbbətə ki, buna rəvac verən İrandakı media orqanlarının təxribat xarakterli yazılarıdır. Məlumdur ki, 44 günlük müharibədən sonra, ilk olaraq İranda özünü "molla" adlandıran kəsim anti-Azərbaycan kampaniyasına başladı. Daha sonra bu kampaniya genişlənərək İran KİV və media resurlarını əhatə etdi. Hətta İranın media resursları Azərbaycanın atributlarına qarşı təhqirlərə yol verməkdən çəkinmədilər. Hazırda isə biz İranın müxtəlif diplomatlarının Azərbaycana qarşı çox məkrli, qərəzli və işğalçı baxış bucağı sərgiləməsinin şahidiyik. Xaricdəki bəzi qüvvələr də İran-Azərbaycan arasındakı məsələdən Cənubi Qafqazdakı normallaşma prosesinə xələl gətirmək üçün istifadə edirlər. Çünki, hazırda Azərbaycan və Ermənistan arasında sülhlə bağlı danışıqlar gedir. Müəyyən məsələlər ətrafında baxış bucaqlarının üst-üstə düşməsi üçün addımlar atılır. Buna ən çox qarşı olan isə İrandır".
Politoloqun sözlərinə görə, İran tərəfi yeni reallıqları qəbul etməlidir: "Çünki, nəinki Zəngəzur dəhlizi, o cümlədən Ağdam-Laçın və Naxçıvan yolu da açılacaq. Amma İran tərəfi unutmamalıdır ki, onun diplomatlarının və media resurslarının anti-Azərbaycan təbliğatı əks effekt verə bilər. Təbrizdə, Ərdəbildə hansı etnik qrupun yaşadığını unutmasınlar. 10-cu əsrdən başlayaraq, 1920-ci illərə qədər oradakı türklər İran coğrafiyasını idarə ediblər. Əgər kimdəsə Azərbaycanın ərazi bütövlüyü və torpaqları ilə bağlı şübhə varsa, ilk növbədə 10-cu əsrdən, 1920-ci illərə qədər idarə edilənlərin kimlər olduğu haqda düşünsünlər. Əfşarlar, Qacarlar, Səfəvilər və digərləri azərbaycan kökənli sülalələr olublar. Qısacası indi soyuqqanlı olmaq, provakasiyalara uymamaq lazımdır. Rəsmi Bakı indiki halda bütün qonşularına, o cümlədən də İrana yeni layihələrdə iştirakı təklif edir. Bu mənfi tendensiyalar Azərbaycan-İran münasibətlərinə xələl gətirsə də, onu tam korlamayacaq. Çünki rəsmi Tehran başa düşməlidir ki, böyük Türk dünyasının qonşusu olan İran İslam Respublikası türklərlə düşmənçilik yox, dostluq etsə, bu, onun üçün daha yaxşı olar".
Natiq Səlim,
KONKRET.az  

Xəbərlər     Tarix: 26 avqust 2022

Oxşar xəbərlər

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət


iqtisadi xeberler valyuta kurslari bu gunun xeberleri birbank bitkoin almaq