Təhlükəsizlik Xidməti kiberhücumlarla bağlı vətəndaşlara çağırış edib

Təhlükəsizlik Xidməti kiberhücumlarla bağlı vətəndaşlara çağırış edibHazırda vətəndaşlara yönəlmiş kiberhücumların əsas məqsədi onlara aid əsas məlumatları, xüsusilə bank kartlarına aid məlumatları ələ keçirməklə bağlıdır.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyev deyib.
Onun sözlərinə görə, vətəndaşlar satış saytlarında məhsullarını satmaq üçün elan yerləşdirirlər: "Bu satışı görən dələduzlar elanlardan vətəndaşların məlumatlarını əldə edirlər. Daha sonra xüsusi proqramlar vasitəsilə onlar üçün keçidlər, linklər yaradırlar".
Ş.Əliyev deyib ki, dələduzlar votsap vastəsilə vətəndaşa müraciət edirlər: "Bildirirlər ki, məhsul hələ də satışdadırsa, məhsulu almaqda maraqlıyam. Vətəndaşı daha da inandırmaq üçün məhsulla bağlı detallı suallar verirlər. Artıq vətəndaş inanır ki, bu şəxs real alıcıdır, növbəti mərhələdə isə həmin şəxs vətəndaşa təklif edir ki, kuryer xidməti vasitəsilə məhsulun çatdırılmasını təmin etsin. Bu mərhələdə isə "Azərpoçt" un adından istifadə edirlər. Vətəndaşa müəyyən keçid göndərirlər və bildirirlər ki, artıq ödəniş həyata keçirilib. Qeyd edirlər ki, vətəndaş sayta daxil olsun, kart məlumatlarını daxil etsin və ödənişi qəbul etsin. Hücumu həyata keçirən şəxs vətəndaşın bütün addımlarını izləyir. Vətəndaşlara tövsiyəmiz budur ki, bu kimi keçidlərə çox diqqət etsinlər. Bilsinlər ki, "Azərpoçt"un belə bir xidməti yoxdur. Onlar aldadıla bilər, pullarını itirə bilərlər".
O vurğulayıb ki, növbəti hücum növü isə vətəndaşlara müxtəlif keçidlərin, linklərin göndərilməsi ilə bağlıdır: "Bu keçiddə qeyd edirlər ki, vətəndaşlar keçidə daxil olsunlar və hansısa kampaniya çərçivəsində vəsait əldə etsinlər. Vətəndaş həmin səhifəyə daxil olduqda yerli banklardan birinin loqosunu, vəsaiti göndərən tərəf haqqında məlumatları görür və bu vəsaiti qəbul etmək üçün bank məlumatlarının daxil edilməsi tələb edilir. Təbii ki, vətəndaş bank kartarını daxil etdikdə məlumatları digər tərəfə ötürülür". / banker.az

Xəbərlər     Tarix: 28 oktyabr 2022

Oxşar xəbərlər

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd


iqtisadi xeberler dollar mezenne bitkoin qiymeti biznes krediti pul qazanmaq