Tender sənədlərində "şirkət adı" fırıldağı - Gəncə MKTİB-nin tenderləri şühəlidir

Tender sənədlərində Azərbaycanın ikinci böyük şəhərinin sakini Orxan İsmayılov Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə iradından sonra hədələndiyini iddia edir. O, Birliyin tenderlərində qalib gələn iki şirkət üçün eyni VÖEN-in göstərildiyini üzə çıxarıb. Qısası, tenderlərdə qalib şirkətlər ayrı-ayrı adlardadır, lakin VÖEN birdir. Bu fakt bir qanuni şirkətin müxtəlif saxta adlar altında tenderlərdə qalib elan edildiyi barədə şübhələr yaradır.
Orxan İsmayılov Marja.az-a bildirib ki, araşdırması zamanı, tenderlərdə qalib elan edilən "LK Machinery" MMC üçün göstərilən VÖEN-in (1503554731) əslində "Abşeron Tekstil" MMC-yə məxsus olduğunu aşkar edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Qeyd edək ki, Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına "LK Machinery" adı ilə sorğu etdikdə "Bu ada uyğun VÖEN müəyyən edilmədi", "Məlumat tapılmadı!" cavabları verilir. 1503554731 VÖEN-i ilə sorğu etdikdə isə "Abşeron Tekstil" MMC haqqında bəzi məlumatlar göstərilir.
Orxan İsmayılov Marja-ya müraciətində yazıb:
"Mən vətəndaş olaraq "Facebook" sosial şəbəkəsində Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin  (Gəncə MKTİB) "facebook" səhifəsinə yazaraq Gəncədə MKTİB-in küçə təmizliyi ilə məşğul olan işçilərinin isti qış geyimləri ilə hansı səbəbdən təmin olunmadıqları, soyuqda həmin işçilərin necə gəldi geyindiklərini irad tutdum. Bu iradıma cavab olaraq Gəncə MKTİB tərəfindən mən barəmdə hüquq-mühafizə orqanlarının ölçü götürəcəyi ilə bağlı hədələndim və səhifəyə girişim bloklandı. Mən Gəncə MKTİB tərəfindən işçilərinin geyim təminatı ilə bağlı müstəqil araşdırma apardım və www.etender.gov.az portalı üzərindən sorğu verərək Gəncə MKTİB-in keçirdiyi tenderlərə baxdım. Maraqlı məlumatlar əldə etdim və onları ölkə ictimaiyyətinə sizin sayt vasitəsi ilə təqdim edirəm.
Tender məlumatlarına baxdıqda məlum olur ki, işçilərin xüsusi geyimlərlə təminatı ilə bağlı Gəncə MKTİB 2020-ci ildən bu günə qədər 3 dəfə - 31.12.2020, 31.03.2022, 31.12.2022 tarixlərində - tender keçirdib. İki tenderdə "LK Machinery" MMC, bir tenderdə isə "Abşeron Tekstil" MMC qalib olublar. 
Sual doğuran məqamlardan biri odur ki, hər iki şirkətin VÖEN-i eynidir – 1503554731.  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında 1503554731 VÖEN üzrə axtarış etdikdə "Abşeron Tekstil" MMC-nin məlumatları çıxır, halbuki, tender sənədlərində həmin VÖEN hər iki şirkət üçün eynidir.
2017-ci ildə dövlət qeydiyyatına alınmış "Abşeron Tekstil" MMC-nin hüquqi ünvanı, Bakı şəhəri, Nərimanov rayonu, akademik Həsən Əliyev, ev 79/2, m.50, qanuni təmsilçisi Məmmədova Ziyafət Əkbər qızıdır.
İkinci sual doğuran məqam isə tenderlərdə qalib olan iki şirkətə xüsusi geyimlər üçün ödənilən məbləğlərdir. Müvafiq olaraq 284757.60 AZN (iki yüz səksən dörd min yeddi yüz əlli yeddi manat altmış qəpik), 316862.57 AZN (üç yüz on altı min səkkiz yüz altmış iki manat əlli yeddi qəpik), 105521.5 AZN (yüz beş min beş yüz iyirmi bir manat əlli qəpik), cəmi 707141.67 AZN (yeddi yüz yeddi min yüz qırx bir manat altmış yeddi qəpik) bütün məlumatları eyni, sadəcə adları fərqli mahiyyətcə eyni şirkətin hesabına köçürülüb.  707141.67 AZN-ə alınan xüsusi geyimlər ilə, yəqin ki, ölkənin MKTİB işçilərinin xeyli hissəsini il boyu geyindirmək olar və həmin geyimlər dünya brendlərinə məxsus olar. Həmin geyimlər həqiqətən də alınıbmı və iki ildə həmin geyimlər necə istifadə olunub?
Tenderlər üzrə alınmış xüsusi geyimlərin miqdarı belədir:
630 dəst xüsusi geyim (gödəkçə, pencək, şalvar)
1050 ədəd jilet
485 ədəd xalat
500 cüt çəkmə
800 cüt bot
830 ədəd kombinezon
950 ədəd plaş
960 ədəd xüsusi geyim dəsti (gödəkçə, pencək, şalvar)
1400 ədəd jilet
550 cüt bot
1050 cüt rezin çəkmə
1400 ədəd xüsusi geyim forması
950 ədəd xalat
16800 cüt əlcək
Mən Gəncə şəhəri sakini kimi Gəncənin küçələrində işləyən MKTİB işçilərinin əynində qış fəslində sadalanan xüsusi geyimlərdən yalnız mavi rəngli yay mövsümü xalatları nadir hallarda görürəm, son çəkdiyim fotoşəkildə də iki nəfər  MKTİB işçisi öz paltarlarını geyiniblər. Gəncə MKTİB-in rəis müavininin qəbulunda olarkən mən ona birlikdə Gəncə MKTİB-in anbarında həmin geyimləri saymağı təklif etdim. Cavab almadım.
Hörmətli marja.az redaksiyası, vətəndaşların dövlət vəsaitinin necə və hara xərclənməsinə ictimai nəzarətinin effektiv olması üçün sizə sənədlərin surətində əks olunan iddia və şübhələrimi əlavə etməklə mövqeyimi dərc etməyinizi sizdən xahiş edirəm. 
Tenderlərdə mənə şübhəli gələn məqamlara aidiyyatı dövlət qurumlarının cavab verəcəyinə ümid edirəm".
Tender sənədlərində Tender sənədlərində Tender sənədlərində Tender sənədlərində Tender sənədlərində Tender sənədlərində Tender sənədlərində Tender sənədlərində Tender sənədlərində Tender sənədlərində Tender sənədlərində Tender sənədlərində Tender sənədlərində Tender sənədlərində Tender sənədlərində

Maliyyə     Tarix: 30 yanvar 2023

Oxşar xəbərlər

Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi

Avropa Mərkəzi Bankı pul siyasəti iclasında faiz dərəcələrini bazar gözləntiləri ilə paralel olaraq sabit saxlamaq barədə qərar verib. Marja xəbər verir ki, gecəlik depozit faizi 2% səviyyəsində saxlanılıb; əsas refinan

SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2025-ci ilin doqquz ayının maliyyə və əməliyyat nəticələri, 2026-c

Aktiv ƏDV ödəyicilərinin sayı 10 faizdən çox artıb

1 yanvar 2026-cı il tarixinə aktiv vergi ödəyicilərinin sayı 6,5 faiz artaraq 859,3 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 10,6 faiz artaraq 58,4 min təşkil edib. Bu barədə DÖvlət Vergi Xidmətinə itinadən xəbər verir. Həmi

Azərbaycandan bu məhsulun ixracı kəskin artıb

2025-ci ilin ilk 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycandan 57 milyon 104 min dollar dəyərində 79 min 793 ton şəkər ixrac edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir. VTB-də minima

Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir

Ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 34 min 812 nəfər və ya 0,3 faiz artaraq 2025-ci il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 259 min 701 nəfərə çatmışdır. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadə

11 ayda dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb

2025-ci ilin yanvar–noyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 292 milyon 704,3 min manat məbləğində vəsait geri qaytarılıb. Maliyyə Nazirliyinin yaydığı məlumata görə, geri qaytarılan vəsaitlə

Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətl

Azərbaycanın xarici ticarətində ağırlaşan vəziyyət - ixracı azalıb, idxalı artıb, müsbət saldo 8 dəfədən çox kiçilib

2025-ci ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 49 milyard 422 milyon 580 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir. VTB-də minimal faiz dərəcəs

"Azexport" portalı 2026-cı il üçün ilk ixrac sifarişini ABŞ-nin Kaliforniya ştatından aldı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport" portalı 2026-cı il üçün ilk ixrac sifarişini Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatından qəbul edib. "Azexport" portalının rəhbər


iqtisadi xeberler depozit faizleri bitcoin birbank kicik biznes