Təsərrüfat subyektlərində istifadə edilən POS-terminallar hansı texniki tələblərə cavab verməlidir?
Təsərrüfat subyektlərində quraşdırılan və istifadə edilən POS-terminal ən azı Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən emissiya edilmiş beynəlxalq və lokal ödəniş kartlarının qəbulu, o cümlədən təmassız ödənişlərin aparılması imkanına malik olmalıdır.
Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Həmçinin, POS-terminalda kartlar vasitəsilə PİN kodun daxil edilməsi tələb olunan əməliyyatların aparılması üçün nəzərdə tutulmuş klaviatura olmalıdır.
Digər texniki tələb isə, POS-terminalın texniki parametrləri bank ekvayer və ya xidmət mərkəzi tərəfindən dəstəklənmə imkanlarına malik olmasıdır.
Əsaslandırma: "Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları"nın və "POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1-ci maddəsi

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
1000 manatla hansı biznesi qurmaq olar?
CV hazırlayarkən buraxılan 5 səhv
Yatırım olmadan necə biznes qurmaq olar?
Elon Musk kimdir?
CV-nin tərtib edilməsi prinsipləri