Trendyol və PAŞA Holding-in dəstəyi ilə gənc qadınlar üçün süni intellekt düşərgəsi keçirilib - FOTOLAR

Trendyol və PAŞA Holding-in dəstəyi ilə gənc qadınlar üçün süni intellekt düşərgəsi keçirilib - FOTOLARQadınların süni intellekt sahəsində iştirakı son illərdə texnoloji inkişafın əsas müzakirə mövzularından birinə çevrilib. Fərqli baxış bucaqlarının innovasiyanın keyfiyyətinə birbaşa təsir etdiyi vurğulandıqca, bu sahədə gender balansının gücləndirilməsi daha aktual xarakter alır.
 biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu kontekstdə regionlarda yaşayan gənc qadınların texnologiyaya çıxış imkanlarını artırmaq məqsədilə "Süni intellektlə yeni başlanğıc" adlı 2 günlük intensiv düşərgə keçirilib. Trendyol və PAŞA Holding-in dəstəyi, Women in Tech Azerbaijan tərəfdaşlığı ilə təşkil olunan layihə 2026-cı il üzrə Beynəlxalq "İKT-də Qızlar Günü"nün rəsmi mövzusu olan ""İnkişaf üçün süni intellekt: Qızlar rəqəmsal gələcəyi formalaşdırır" çərçivəsində baş tutub.
Layihənin məqsədi regionlarda yaşayan 18-25 yaş arası gənc qadınların süni intellekt sahəsində bilik və bacarıqlarını artırmaq, AI alətlərindən effektiv istifadə imkanlarını genişləndirmək və bu bilikləri gələcək karyera imkanlarına çevirmələrinə dəstək verməkdir.
Düşərgə 24-25 aprel tarixlərində Gəncədə, 26-27 aprel tarixlərində isə Mingəçevirdə keçirilib. Ümumilikdə 80 iştirakçının cəlb olunduğu proqramda tələbələr, yeni məzunlar və karyerasının başlanğıc mərhələsində olan gənc qadınlar yer alıb.
İki günlük intensiv proqram süni intellektin əsasları, prompt yazma bacarıqları, AI-nin biznes və e-ticarətdə tətbiqi, təhlükəsiz və etik istifadə yanaşmaları, eləcə də praktiki tapşırıqlar və mini-lab sessiyalarını əhatə edir. Bu təşəbbüs regionlarda yaşayan gənc qadınların texnologiyaya çıxış imkanlarını genişləndirməyi, onların rəqəmsal bacarıqlarını inkişaf etdirməyi və gələcək əmək bazarında daha rəqabətqabiliyyətli olmalarına dəstək verməyi hədəfləyir.
Gəncədə keçirilən açılış mərasimində "Trendyol"un Azərbaycanda korporativ kommunikasiyalar üzrə rəhbəri Süheylə Cəfərova bu cür təlimlərin qadınların texnologiyalara marağını artıracağını bildirib: "Trendyol" texnologiya şirkətidir, biz texnologiyalardan təkcə istifadə eləmirik, hər gün yeni texnologiya yaradır, mövcud texnologiyanı necə inkişaf etdirməyin yollarını öyrənirik. Təbii ki, bunun çox böyük hissəsi süni intellektlə bağlıdır. Xüsusilə müasir elektron ticarət sahəsində süni intellektdən çox geniş istifadə olunur. Müştəriyə tövsiyə verməkdən tutmuş, məhsulun istehlakçıya çatdırılmasına olan dəstək, satıcıların sistemdə öz anbarlarını görməsinə qədər -  bunların hamısı süni intellektin nəticəsidir. Trendyolda minlərlə mühəndis çalışır. Onların böyük qismi qadınlar, xüsusilə gənc qadınlardır. Təcrübə göstərir ki, getdikcə qadınlar texnologiyaya daha çox maraq göstərirlər. Təlimlərdə gənc qızların fəal iştirakı da bunun bariz nümunəsidir. İnanıram ki, bu, bəziləri üçün yeni başlanğıc olacaq. Hər böyük ideyalar bu cür mühitlərdən, müzakirələrdən, fikir mübadiləsindən yaranır".
O, qadınların bu sahədə daha aktiv təmsil olunmasının vacibliyini vurğulayaraq qeyd edib ki, innovasiya fərqli baxışlar olmadan mümkün deyil.
"Women in Tech Azerbaijan"ın direktoru Leyla Seyidzadə bildirib ki, təlimlər 4 günlə bitməyəcək. Bundan sonra da davamlı olaraq növbəti layihələrin təşkili nəzərdə tutulub. Təlimlərdə iştirak edən hər kəs beynəlxalq sertifikatla təmin olunacaq.
Layihənin sonunda iştirakçılar süni intellekt alətləri üzrə praktiki bacarıqlar əldə edəcək, fərdi istifadə planı hazırlayacaq və prompt portfolioları formalaşdıracaqlar. / fed.az

Biznes     Tarix: 28 aprel 2026

Oxşar xəbərlər

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını


iqtisadi xeberler birbank iqtisadiyyat xeberleri telefonla pul qazanmaq dollar manat kursu