"Trendyol"un dəstəyi ilə Azərbaycan rəssamlarının əsərləri Türkiyədə sərgiləndi - FOTOLAR

 "BASE 2024""də Azərbaycan guşəsi
Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması "Trendyol"un dəstəyi ilə azərbaycanlı gənc rəssamların əsərləri Türkiyənin ən önəmli mədəniyyət tədbirlərindən biri olan ""BASE 2024""də sərgilənib.
FED.az xəbər verir ki, 27 noyabr -1 dekabr tarixlərində "Trendyol"un baş sponsorluğu ilə İstanbulda baş tutan sərgidə Türkiyə və Azərbaycandan olan gənc rəssamların əsərləri eyni məkanda sənətsevərlərə nümayiş etdirilib.
Azərbaycanlı gənclərin rəsm əsərləri "BASE 2024"də "Qonaq ölkə Azərbaycan: Gənclərin təsviri incəsənət yaradıcılığına bir baxış" adlı xüsusi bölmədə yer alıb. 
Mədəniyyət və incəsənətə verdiyi dəstəklə seçilən şirkətin məqsədi yeni məzun olmuş rəssamların fəaliyyətlərini dəstəkləmək, onlara motivasiya vermək və əl işlərini geniş auditoriyaya çatdırmaqdır.
Türkiyə universitetlərinin təsviri incəsənət fakültələrinin buraxılış sərgisi kimi tanınan "BASE"  bu il Azərbaycandan olan 14  gənc rəssamın əsərinə ev sahibliyi edib.
Onların arasında Fatimə Babazadə, Fidan Əbilova, Fidan Cəfərli, Fidan Nazimqızı, Hüseyn Cəlil, İlham Salehli, Jalə Əzizova, Kəfiya Eyvazova, Nəzrin Mütəllifli, Nigar Süleymanova, Rəvan Cabbarlı, Rüqiyyə Əlili, Şafiq Osmanov və Ülviyyə Nəbizadənin əsərləri nümayiş olunub. Rəssamlar rəngkarlıqdan fotoqrafiyaya, naxışdan toxuculuğa qədər müxtəlif istiqamətlərdə öz əsərlərini təqdim ediblər.
Trendyol texnologiyanın gücündən istifadə edərək digər sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də müsbət təsir yaratmağı hədəfləyir. "Trendyol"un mədəniyyət sahəsində önəmli layihələrindən olan "Trendyol Sənət" Türkiyənin hər yerindən sənətsevərlərin əsərlərini bir araya gətirir. Layihə virtual dünyanın yaratdığı fürsətlərdən istifadə edərək sənətkarların zaman və məkandan asılı olmayaraq sənətə çıxışını təmin edir. Bu layihə ilə platforma 150-dən çox rəssam və 1000-ə yaxın sənət əsərini geniş auditoriyaya təqdim edir.
Trendyol artıq üçüncü ildir ki, BASE sərgisinə sponsorluq edir.

Biznes     Tarix: 06 dekabr 2024

Oxşar xəbərlər

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 418 Azərbaycan investisiyalı şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Gürcüstanın "BusinessPress" nəşri yazıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatın

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin


iqtisadi xeberler leobank kart telefonla pul qazanmaq bitcoin biznes qurmaq