"Türk axını" sanksiyalar səbəbindən ixrac lisenziyasını itirib

Avropa İttifaqı tərəfindən 18 sentyabr tarixində tətbiq edilən yeni sanksiyalar "Türk axını" operatorunun ixrac lisenziyasının vaxtından əvvəl geri çağırılmasına səbəb olub.
Bu barədə boru kəmərinin operatoru "South Stream Transport B.V." şirkətinin məlumatında bildirilir.
"2022-ci il sentyabrın 18-də yeni sanksiyaların tətbiqi nəticəsində Rusiya qazının Qara dəniz vasitəsilə Türkiyə və Avropadaki istehlakçılara nəql olunduğu "Türk axını" dəniz qaz kəmərinin operatoru "South Stream Transport B.V."ın ixrac lisenziyası vaxtından əvvəl geri çağırılıb", – deyə məlumatda bildirilir.
Eyni zamanda şirkət əlavə edib ki, yeni sanksiyaların tətbiqi "South Stream Transport B.V." tərəfindən qaz nəqlinin davam etdirilməsini məhdudlaşdırmır. Bu baxımdan Türkiyə və Avropa ölkələrində müxtəlif sənaye sahələri və milyonlarla ev təsərrüfatları qaz təchizatı baxımından qısa və uzunmüddətli perspektivdə əziyyət çəkməyəcəklər.
"South Stream Transport B.V." bildirib ki, ki şirkət artıq ixrac lisenziyasının yenilənməsi üçün ərizə verib və hazırda Niderland rəsmilərindən cavab gözləyir. Şirkət qeyd edir ki, "South Stream Transport B.V."шn Avropa İttifaqının 833/2014 qüvvədə olan sanksiya tənzimləməsinə uyğun olaraq istisna almaq üçün bütün hüquqi əsaslara malikdir (3-cü maddənin 3a bəndi). Qaz kəmərinin operatoru bunu onunla izah edir ki, "Türk axını" ilə nəql olunan qaz daha sonra milli qaz ötürücü sistemlər vasitəsilə Avropa ölkələrinə çatdırılır və bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir.
Xatırladaq ki, "Türk axını" kəməri Rusiyadan Türkiyə, Cənubi və Cənubi-Şərqi Avropaya qaz tədarükünü təmin etmək məqsədilə Qara dənizin dibi ilə çəkilib. Qaz kəmərinin illik ötürmə gücü 31,5 mlrd. kubmetr təşkil edir. / banker.az

Xəbərlər     Tarix: 30 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı kateqoriyalardan olan şəxslərin mənzil və avtomobillə təminatı istiqamətində iş aparılır. Maraqlıdır ki, mənzillər və avtomobillər kimlərə pulsuz verilir? Ümumiyyətl

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

"Bu, yeni sosial paketin anonsudur" - Pensiya artımında yeni qayda

Azərbaycanda əmək pensiyalarının növbəti dəfə indeksləşdirilməsi diferensial həyata keçiriləcək. xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bu gün Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki


iqtisadi xeberler dollar mezenne biznes ideyalari iqtisadiyyat xeberleri dollar kursu