Türk Dövlətləri Təşkilatı Laçının azad edilməsini alqışladı
Türk Dövlətləri Təşkilatının Baş Katibliyi Laçın şəhərinin, Zabuh və Sus kəndlərinin Azərbaycana qaytarılmasını alqışlayan bəyanat yayıb.
KONKRET.az xəbər verir ki, bəyanatda təşkilatın Baş Katibliyi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatının icra prosesinin davamı kimi Laçın şəhərinin, Zabuh və Sus kəndlərinin Azərbaycana qaytarılmasını alqışlayıb.
"Türk Dövlətləri Təşkilatı qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini və sadiqliyini bir daha bəyan edir və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazır olduğunu bildirir.
Türk Dövlətləri Təşkilatı diplomatik səylərin vacibliyini vurğulayır və Cənubi Qafqazda sülh və sabitliyə, məcburi köçkünlərin azad edilmiş ərazilərə qaytarılması işinə xidmət edəcək Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılmasını dəstəkləyir", – bəyanatda əlavə olunur.

Mərkəzi Bank müştərilərin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı açıqlama verib
Bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır – YENİLƏNİB
Azərbaycanın sığorta bazarı cüzi artıb
ABŞ-dan Azərbaycankı fiziki şəxlərə pul köçürmələr artıb
Yelo Bank-dan mikro bizneslərə yay dəstəyi
Mərkəzi Bank sığorta sahəsində yaxın zamanlarda tətbiqinə başlanılacaq layihələri açıqlayıb
Kevin Kelli: Süni intellekt hiperreal "mən"in ilk qığılcımıdır
İSB: Xarici ölkə vətəndaşları Azərbaycana gəlmədən sığorta məhsulu əldə edə bilər
"Son 2 il ərzində sığorta ödənişləri 57% artaraq 900 milyon manata çatıb"
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"
SWIFT nədir?
Bitcoin necə işləyir?
Kriptovalyuta nədir və necə alınır?
SMM nə deməkdir?
Ən çox gəlir gətirən onlayn bizneslər