"Türk lirəsinin 15-25% dəyər itirməsinə, Dolların 24 lirəyə qalxmasına ehtiyac var"
Bank of America (BofA) Türkiyə ilə bağlı təhlilini dərc edib.
Marja xəbər verir ki, "BofA Securities"in iqtisadçı və strateqlərinin fikrincə, bütün göstəricilər Türkiyə iqtisadiyyatında tarazlığın bərpası zərurətinə işarə edir. Bu tarazlığa türk lirəsinin 15-25% dəyər itirilməsi ilə nail olmaq olar. Qeyd edilib ki, Türkiyənin cari əməliyyatlar kəsiri də artmaqdadır.
Qurumun modeli dollar/TL-nin ədalətli dəyərini 24 lirə səviyyəsində göstərir.
"Dollar/TL bu səviyyədən yuxarı qalxa bilər, çünki valyutalar tez-tez ədalətli dəyərindən yuxarı alınıb-satılır", - hesabatda deyilir.
Qeyd edək ki, hazırda Dollar/TL məzənnəsi 19,20 türk lirəsi səviyyəsinə yaxındır.
Yeri düşmüşkən, Fitch Ratings bildirib ki, Türkiyədə seçkilərdən sonra növbəti hökumətin ilk vəzifəsinin valyuta bazarı risklərini idarə etmək olacaq. / marja.az
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric
Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib
2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə