Türkiyə Ayda koloniya qurmaq istəyir

Türkiyə Ayda koloniya qurmaq istəyirTürkiyə Ayda davamlı qalaraq fəaliyyət göstərmək istəyir.
Bunu Türkiyənin Kosmik Agentliyinin İdarə Heyətinin sədri Serdar Hüseyn Yıldırım deyib.
S.Yıldırımın sözlərinə görə, Türkiyənin kosmik tədqiqatlarda iştirakı üçün bir sıra dövlətlər və təşkilatlar müraciət edir:
"Bir çox müraciət və dəvətlər var. Amma hələ biz qərar verməmişik. Bilirsiniz ki, Ayda insanların yaşadığı kosmik baza qurulacaq. Təxminən 10 il sonra artıq biz buna şahid olacağıq. Bu baxımdan bizə uyğun olan ən uğurlu layihəni dəyərləndirməyi düşünürük".
Türkiyə rəsmisi biznes sektorunun kosmik layihələrə daha çox cəlb edilməsi üçün davamlı addımlar atılmasının vacib olduğunu qeyd edib:
"İndiki dövr Yeni Kosmos Dövrü adlanır. Bu dövrdə dövlətlər yavaş-yavaş geri çəkilir, özəl sektor daha önə çıxır. Biz bunu ABŞ-da görürük. Kosmosa buraxılışların əksəriyyətini özəl şirkətlər həyata keçirir. Təbii ki, orada inkişaf etmiş infrastruktur var, lakin biz hələ o mərhələdə deyilik. Türkiyənin Milli Kosmik Proqramında əsas hədəflərdən biri də məhz kosmik ekosistemi inkişaf etdirməkdən ibarətdir, yəni biz biznes tərəfdaşlarımızı gücləndirərək, onların investisiyalarının artırılması üçün təşviqlərin verilməsi gözlənilir.
Amma belə bir çətinliyimiz var. Bəzi ölkələrin öz imkanları şirkətləri dəstəkləmək üçün çatmır. Ona görə də bu məsələyə mütləq qlobal baxmaq lazımdır. Yəni biz hansısa məhsulu istehsal etsək bunu dünyaya satmağı bacarmalıyıq. Sadəcə Türkiyə və Azərbaycanın daxilində sataraq fəaliyyətimizi davam etdirə bilmərik. Bunu bildiyimiz üçün infrastrukturu elə qurmalıyıq ki, bazara çıxacaq şirkət rəqabətə tab gətirsin".
S.Yıldırım bu baxımdan startapların da mühüm əhəmiyyət kəsb etdiyini və təmsil etdiyi ölkənin onları dəstəklədiyini açıqlayıb:
"Artıq bir neçə startapımız var ki, onlar kosmik fəaliyyətlər həyata keçirirlər. Getdikcə belə bizneslərin sayı daha da artacaq. Kosmik fəaliyyətlər sürətlə inkişaf edir və dünya artıq bizdən qabaqdadır. Hesab edirəm ki, biz daha sürətli olmalıyıq ki, onlara çataq".
Qeyd edək ki, adını yunan mifologiyasındakı Apollonun əkiz bacısı Artemidanın adını daşıyan NASA-nın "Artemis" layihəsi astronavtları Aya, insanları Marsa göndərmək məqsədi daşıyan daha iddialı kosmik səyahətlər üçün tramplin rolunu oynayaraq ən tez 2025-ci ilə qədər uzunmüddətli Ayda koloniya qurmaq missiyasına başlayacağı barədə artıq elan edilib. / banker.az

Xəbərlər     Tarix: 09 oktyabr 2023

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il


iqtisadi xeberler kicik biznes biznes ideyalari telefonla pul qazanmaq iqtisadiyyat xeberleri