Türkiyə ilk dəfə PUA-lardan müdafiə sistemləri alıb
Türkiyə ordusu ilk dəfə olaraq kiçik ölçülü pilotsuz uçuş aparatları (mini və mikro PUA-lar) ilə mübarizə üçün "Şahin" (ŞAHİN 40 mm) mübarizə sistemləri alıb.
Bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bildirib.
Sistemin quraşdırılması Türkiyənin müdafiə sənayesinin flaqmanı – ASELSAN konserni tərəfindən hazırlanıb.
İdarə rəhbəri qeyd edib ki, kompleksin daşınması, yerləşdirilməsi və quraşdırılması asandır. Sistem yedəkli qoşquda yerləşir və modul dizayna malikdir.
Onun sözlərinə görə, "Şahin" sistemləri xüsusilə mühüm obyektlərin, dövlət sərhədinin mühafizəsində, eləcə də hava hücumundan müdafiə sahəsində uğurla istifadə oluna bilər.
Bundan əlavə, kompleks hədəfə münasibətdə ballistik hesablama funksiyasına malikdir. O, həmçinin radardan ötürülən mövqeyə diqqət yetirərək hədəfi izləyə bilir.
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə