Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Marja xəbər verir ki, TCMB faizini 100 bənd azaldaraq 13 faizdən 12 faizə endirib.
Bazarlarda TCMB-nin faizini 50 band azaldacağı gözlənilirdi.
Bütün dünyada mərkəzi banklar faiz artırarkən, TCMB keçən ay da gözlənilməz faiz endirimi qərarı vermiş və faizini 14 faizdən 13 faizə endirmişdi.
ABŞ Mərkəzi Bankının (FED) faiz qərarından sonra dollar güclənir, inkişaf etməkdə olan ölkələrin valyutalarının dollar qarşısında ucuzlaşırlar. 2021-ci ilin dekabrında 18,3633 səviyyəsini keçərək rekord səviyyəyə çatan USD/TL məzənnəsi bu gün 18.3809 səviyyəsini test edərək rekord yeniləmişdi.
Mərkəzi Bankın faiz qərarından sonra Dollar/TL məzənnəsi 18,4026 səviyyəsini görüb və rekord bir daha yenilənib.
"Qlobal iqtisadi artımla bağlı qeyri-müəyyənliklərin və geosiyasi risklərin artdığı bir dövrdə sənaye istehsalındakı sürətlənmənin və məşğulluğun artması tendensiyanın davam etdirilməsi baxımından maliyyə şərtlərinin dəstəkləyici olması vacibdir. Bu çərçivədə, İdarə Heyəti siyasət faizini 100 baza bəndi azaltmağa qərar verdi", - Mərkəzi Bank bildirib. / marja.az

Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Birbank xidmətinə necə qoşulmaq olar?
SMM nədir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?