Türkiyə nümayəndə heyəti F-16 ilə bağlı danışıqlar üçün ABŞ-a getdi
Türkiyə nümayəndə heyəti ABŞ-dan F-16 qırıcılarının alınması ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-a gedib.
KONKRET.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Türkiyə Müdafiə Nazirliyinin texniki heyəti ABŞ-ın dəvəti ilə F-16-ların modernləşdirilməsi və alınması prosesini tez bir zamanda həyata keçirmək üçün bu ölkəyə gedib", – məlumatda deyilir.
Bu ilin əvvəlində ABŞ və Türkiyə rəsmiləri bu mövzuda bir sıra məsləhətləşmələr aparıb.
Milli Müdafiə Nazirliyi xatırladıb ki, F-16-ların ABŞ-dan alınması və modernləşdirilməsi çərçivəsində Türkiyədə 3 görüş keçirilib.
Qeyd edək ki, ötən ilin payızında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Vaşinqton bir neçə il əvvəl Ankaranın kənarlaşdırıldığı F-35 proqramı müqabilində Türkiyəyə F-16 qırıcıları verməyi təklif edib.
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi