Türkiyədə sürətli hədəf təyyarəsi istehsal ediləcək
ANKA-3 insansız döyüş təyyarəsinin qanadları altına bərkidiləcək "Şimşək" yüksək sürətli hədəf təyyarəsinin yeni versiyası hazırlanır.
Bu barədə Türk Aviasiya və Kosmik Sənaye (TUSAŞ) şirkətinin insansız hava vasitələri mühəndisliyi üzrə direktoru Bülent Korkem məlumat verib.
Bülent Korkem bildirib ki, ortaya çıxan platforma sanki "Şimşəy"in böyük qardaşı" kimi olacaq. O, yeni təyyarəyə "Super Şimşək" adını verdiklərini qeyd edib.
Korkemin sözlərinə görə, "Super Şimşək" ilk növbədə hədəf təyyarəsi olacaq, ardınca isə saxta hədəf və hücum məqsədli, döyüş sursatlarına malik olan yeni versiyaları hazırlanacaq.
Döyüş sursatlarına malik olan versiyalarda fərqli formalarda başlıqlardan istifadə ediləcək. "Buna görə də "Super Şimşək" hava-yer, hava-hava hücum missiyalarını yerinə yetirəcək, üzərinə öz imkanları daxilində elektron döyüş sistemləri quraşdırılacaq və yerdəki düşmən sistemlərini aşkar edib hücum gerçəkləşdirə biləcək. 700 kilometrdən çox məsafə qət etməsini gözləyirik", – deyə o vurğulayıb. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Biznes plan necə yazılır?
Biznesə aid ən yaxşı 10 kitab
Start-up nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Yatırım olmadan necə biznes qurmaq olar?