Türkiyədən ev alan azərbaycanlıların sayı AÇIQLANDI
Bu ilin ilk 10 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 1 087 mənzil satın alıblar.
KONKRET.az Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, azərbaycanlılar ötən ay Türkiyədən 99 mənzil alıblar.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə azərbaycanlılar Türkiyədən daha çox mənzil alıblar. Belə ki, 2021-ci ilin ilk 10 ayında 1 140, oktyabr ayında isə 120 mənzil satın alınıb.
Onu da bildirək ki, son 8 ildə Azərbaycan vətəndaçları Türkiyədən ümumilikdə 8 min 693 mənzil alıblar:
İllər
Mənzillərin sayı
2015
815
2016
610
2017
942
2018
1 250
2019
1 191
2020
1 279
2021
1517
2022
Yanvar-Oktyabr
1 087
Cəmi
8 693
Onu da bildirək ki, bu ilin ilk 10 ayı ərzində Türkiyədən ən çox Rusiya (11 min 334 mənzil), İran (7 min 38 mənzil), İraq (5 min 565 mənzil), Almaniya (2 min 269 mənzil), Qazaxıstan (2 min 245 mənzil) və Ukrayna (1 991 mənzil) vətəndaşları ev alıb.
Ötən illə müqayisədə Türkiyədən ev alan Rusiya vətəndaşlarının sayı kəskin artıb. Müqayisə üçün bildirək ki, ötən ilin 10 ayı ərzində Rusiya vətəndaşları Türkiyədən 3 min 658 mənzil alıb. Ötən ilin avqust ayında ruslar Türkiyədən 543 mənzil aldıqları halda bu ilin avqust ayında 2 023 mənzil alıblar. //Yeniavaz.com

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Necə Bitcoin almaq olar?
Biznes plan necə yazılır?
Françayzinq nədir və necə olur?