Türkmənistan və Azərbaycan arasında Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkilə bilər
"Xəzər dənizinin dibi ilə Türkmənistan və Azərbaycan arasında fiber-optik rabitə xəttinin çəkilməsi 2024-2025-ci illərdə başlaya bilər".
Bu sözləri Türkmənistanda keçirilən "Türkmentel – 2022" Beynəlxalq Sərgi və Elmi Konfransında iştirak edən "AzərTelekom"un Direktorlar Şurasının sədri Fuad Allahverdiyev deyib.
"Hazırda inzibati-hüquqi proseslər gedir. Gələn ildən layihə və tender sənədlərinin hazırlanmasına başlamağı planlaşdırırıq. Layihə mürəkkəbdir. Tikintinin özü isə maksimum altı ay çəkəcək", – deyə Fuad Allahverdiyev bildirib.
Qeyd olunur ki, bu layihənin "TürkmenTelekom" və "AzərTelekom" şirkətləri tərəfindən birgə həyata keçirilməsi planlaşdırılır.
F.Allahverdiyev əlavə edib ki, bu, şirkətlərin ilk birgə layihəsidir . / banker.az

Çarli Manqerə görə, hər bir insanın Benjamin Franklindən öyrənməli olduğu 5 həyat dərsi
FED faiz qərarını açıqladı
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
Biznes qurmaq üçün nə lazımdır?
SMM nə deməkdir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dünyanın ən varlı 10 müğənnisi
İnvestisiyanın necə cəlb etmək olar?