"Twitter"in gəliri kəskin azalıb
"Twitter" şirkətinin ötən ilin dekabrında gəliri 40 faiz azalıb.
Bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Bildirilib ki, maliyyə göstəricilərinin aşağı düşməsinə iş adamı İlon Maskın şirkəti almasından sonra reklamçıların "Twitter" ilə əməkdaşlıqdan imtina etməsi səbəb olub.
Belə ki, İlon Maskın siyasəti ilə razılaşmadığı üçün reklam verənlərin yarıdan çoxu şirkətlə əməkdaşlığı dayandırıb.
Statistikaya əsasən ötən ilin oktyabrından yanvarın 25-dək aylıq reklam gəlirləri 60 faizdən çox azalaraq, 127 milyon dollardan 48 milyon dollara düşüb. / banker.az
Azərbaycan böyük həcmli mis ixracına başlayıb
İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı
Aİ Lutnikə tariflərlə bağlı xəbərdarlıq edəcək
Aİ (Avropa İttifaqı) rəsmiləri, ABŞ-ın polad və alüminium tariflərini genişləndirmə təşəbbüsünün yay aylarında imzalanmış ticarət anlaşmasına zidd ola biləcəyindən narahatdır. xəbər verir ki, Aİ-nın Ticarət Komissarı Maro
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Azərbaycan xaricdən ət alışını azaldıb
Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə