"Twitter"in mavi işarəni $8-a satması ilə şəbəkəni "fake"lər bürüyür
İlon Mask rəsmi "Twitter" hesablarını ratifikasiya (təsdiqləmək) üçün 8 dollar rüsum tətbiq edib. Beləliklə, o, sözün əsl mənasında hamının "rəsmi" status almasına icazə vermiş olub. Aydındır ki, bu, dərhal böyük şirkətlərin səhmlərinin ucuzlaşmasına səbəb olan çox sayda saxtakarlığın geniş vüsət almasına gətirib çıxarır.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məsələn, Amerikanın hərbi-sənaye korporasiyası olan "Lockheed Martin" silah və ballistik raketlər istehsal edir. Noyabrın 11-də "Lockhed Martin" hesabında "Səudiyyə Ərəbistanı, İsrail və ABŞ-a silah satışını onların insan hüquqlarının pozulması faktları araşdırılana qədər dayandırırıq" mesajı görünüb və dərhal "LMT" səhmləri ucuzlaşmağa başlayıb.
Və ya, məsələn, Amerikanın "Eli Lilly" əczaçılıq şirkəti belə bir saxtakarlıqla üzləşib. Əczaçılıq nəhənginin saxta hesabından "Sizə insulinin pulsuz olduğunu bildirməkdən məmnunuq" mesajı yayılıb. Bu tvitin qlobal bazarda nə demək olduğunu başa düşmək üçün konteksti bilmək vacibdir.
Strateji araşdırmalar mərkəzi olan "RAND Corporation"ın məlumatına görə, Amerikada diabet xəstələri üçün lazım olan insulinin qiyməti bütün dünya ilə müqayisədə 10 dəfə bahadır. Dərmanı qəbul edən bəzi amerikalılar 2021-ci ildə bir qutunu 98 dollara qalxdığı üçün vurulan dozadan imtina etməli olublar. Qəribədir ki, şirkətin bazar dəyəri cəmi 16 milyard dollar düşüb.
Bu cür təcrübələr fonunda "Tesla", "Lockheed Martin", "Eli Lilly" və başqalarının səhmlərinin dəyərindən fərqli olaraq, "Twitter"ə olan inamsızlıq get-gedə artır.
Buna görə də, indi şəbəkədəki istifadəçilərlə bağlı duyğu, məna, sayıqlıq, diqqətlilik ehtiyatla qarşılanmalıdır. Və artıq daha əvvəllər hamının arzuladığı mavi işarə rəsmi hesab gördüyümüz demək olmayacaq.

Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
5 liderlik göstəricisi
Yatırım olmadan necə biznes qurmaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Kriptovalyuta nədir və necə alınır?
Biznes planı necə yazmaq lazımdır?