Ufuk Aydın: "Azərbaycanda yerli və türk şirkətləri arasında sağlam rəqabət formalaşıb"
Azərbaycanda biznes mühiti son illərdə daha sağlam və peşəkar formaya keçib, xüsusilə xarici şirkətlərlə bağlı tətbiq olunan qaydalar bazarda keyfiyyətli seçim formalaşdırıb.
FED.AZ xəbər verir ki, bunu Azərbaycanda fəaliyyət göstərən "SinerjiPro" türk şirkətinin rəhbəri Ufuk Aydın mətbuat nümayəndələri ilə keçilən görüşdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda Avropa ölkələri üçün vizanın tətbiqi ilə bağlı müvafiq qərar mövcuddur: "Mənim çox bəyəndiyim bir qərar var. Avropa ölkələri üçün viza tətbiq olunub. Düşünürəm ki, bu qərar 2017 və ya 2018-ci illərdə verilmişdi. Həmin vaxta qədər Avropadan çox sayda müxtəlif şirkətlər və qruplar gəlirdi. Açığı, onların arasında ciddi və peşəkar olmayan şirkətlər də kifayət qədər idi".
Şirkət rəhbəri qeyd edir ki, həmin dövrdə Avropadan gələn şirkətlərə daha çox üstünlük verilməsi tendensiyası müşahidə olunurdu: "Bu vəziyyət vaxtilə Türkiyədə də yaşanmışdı. Avropadan gələn şirkətlərə müəyyən üstünlük verilirdi. Həm qonaqpərvərlik, həm də yanaşma baxımından onlar ön planda olurdu. Bu isə bazarda ciddi rəqabət yaradırdı. Lakin viza rejimindən sonra bazarda təsadüfi və qeyri-peşəkar şirkətlərin, şəxslərin sayı azaldı. Nəticədə daha peşəkar və real fəaliyyət göstərən şirkətlər qaldı".
Ufuk Aydın bildirib ki, hazırda Azərbaycanda əsas rəqabət yerli və Türkiyə şirkətləri arasında formalaşıb. "Hazırda ən böyük rəqabət Azərbaycan və Türkiyə şirkətləri arasındadır. Bu da bazarın daha sağlam inkişaf etdiyini göstərir", – deyə o vurğulayıb.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
"Freelance" nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Kriptovalyuta nədir və necə alınır?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznesə aid ən yaxşı 10 kitab