Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini 25 faiz səviyyəsində saxlayıb
Ukrayna Milli Bankı (mərkəzi bankı) faiz dərəcəsini yenidən 25% səviyyəsində saxlayıb.
Maja xəbər verir ki, bu barədə Bankın yaydığı press-relizdə bildirilir.
"Ukrayna Milli Bankı uçot dərəcəsini 25% səviyyəsində saxlayıb. Həmçinin mərkəzi bank banklar tərəfindən məcburi ehtiyatların formalaşdırılması normalarını artırmağa davam edəcək", - press-relizdə deyilir.
Ukrayna Mərkəzi Bankının məlumatına görə, bu, qrivnadakı aktivlərin cəlbediciliyinin daha da artmasına, məzənnə sabitliyinin qorunmasına və inflyasiyanın tədricən azalmasına kömək edəcək.
İyulun 21-də Milli Bank milli valyutanı devalvasiya edib - dolların rəsmi məzənnəsini 25% artıraraq 36,6 qrivnaya çatdırılıb. Mərkəzi Bank qərarını, ölkə iqtisadiyyatının fundamental xüsusiyyətlərini və dünyada dolların möhkəmlənməsi ilə izah etmişdi. Eyni zamanda, tənzimləyici proqnozun baza ssenarisinə əsasən, uçot dərəcəsinin ən azı 2024-cü ilin ikinci rübünə qədər 25% səviyyəsində qalacağını bildirib. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Start-up nədir?
Ev şəraitində pul qazanmağın yolları
Fond birjası nədir?
IMEI kod nədir?
Evdə biznes qurmağın yolları