Ukrayna XİN-i Rusiya ilə danışıqlardan imtina edib
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Rusiya ilə danışıqlar yalnız Ukrayna döyüş meydanında qalib gəldikdən sonra mümkündür.
"Əvvəlcə cəbhədəki vəziyyəti dəyişək, sonra Rusiya ilə danışacağıq. Hamı başa düşür ki, danışıqlar birbaşa cəbhədəki vəziyyətlə bağlıdır. Mən bütün tərəfdaşlara səslənirəm: "Rusiya danışıqlar masasına döyüş meydanındakı məğlubiyyətdən sonra əyləşməlidir", – deyə Kuleba söyləyib.
Banker.az bu barədə "RBC"ya istinadən xəbər verir.
Onun sözlərinə görə, Prezident Volodimir Zelenski bu məsələdə "prinsipial mövqeyə" sadiqdir. O, danışıqları istisna etmir, lakin hesab edir ki, Rusiyanın aqressiv davranışını nəzərə alsaq, bunun üçün heç bir əsas yoxdur.
Xatırladaq ki, Rusiya fevralın 24-ü Ukraynada hərbi əməliyyatlara başlayıb. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, xüsusi əməliyyatın məqsədləri Donbas əhalisini "Kiyev rejiminin soyqırımından", habelə Ukraynanın "denasifikasiyası" və "demilitarizasiyası"ndan qorumaqdır.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
5 liderlik göstəricisi
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyada ən çox oxunan 5 kitab