Ukraynanın dövlət borcu AÇIQLANDI
Ukraynanın dövlət borcu oktyabrda 5 milyard dollar artaraq 103,1 milyard dollara çatıb.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, bu barədə Ali Radanın Maliyyə, Vergi və Gömrük Siyasəti Komitəsinin rəhbəri Daniil Getmantsev teleqram kanalında bildirib.
"31 oktyabr 2022-ci il tarixinə Ukraynanın qrivna ekvivalentində dövlət borcu 3,771 milyard, xarici valyutada isə 103,1 milyard dollar təşkil edib. Oktyabrda isə dövlət borcunun məbləği 183,5 milyard qrivna, xarici valyutada isə 5 milyard dollar artıb", – deyə o bildirib.
Onun sözlərinə görə, oktyabrda dövlət borcunun artmasının əsas səbəbi büdcə kəsirinin ödənilməsi üçün xarici borclanmadır:
"Oktyabr ayında Ukrayna Aİ-dən 2 milyard avro, Avropa İnvestisiya Bankından 550 milyon avro, BVF-dən 1,3 milyard dollar, Dünya Bankından 0,5 milyard dollar yardım alıb".
Hökumətin son proqnozuna görə, 2022-ci il üçün ÜDM 4,73 trilyon qrivnaya (128,59 milyard dollar) çatacaq.
İqbal Rzayev,
KONKRET.az
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml