Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümünəsidir

Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümünəsidirMüasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.
Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə, eyni zamanda təcrübəli bir dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü idi. Qarşıda duran əsas vəzifə isə sərhədlərinin böyük bir hissəsi boyunca düşmən hücumlarının hədəfinə çevrilmiş Naxçıvanı işğal təhlükəsindən xilas etmək idi. Buna görə də Türk dünyasının böyük oğlu Heydər Əliyev Ali Məclisin Sədri kimi vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılması təmin olunmuşdur. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada ilk milli ordu birləşmələri yaradılmış, Naxçıvanın müdafiə potensialı yaxşılaşdırılmış, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyulmuşdur.
Mühüm geostrateji ərazidə yerləşən Naxçıvan Muxtar Respublikasının Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrinin bərpası uzun illərdən sonra ilk dəfə Ümummilli liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Görkəmli dövlət xadimi 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etmiş, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmış, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuşdur. Bunun nəticəsində qısa müddətdə Araz çayı üzə¬rində "Ümid" körpüsü tikilib istifadəyə verilmiş, Sədərək, Cul¬fa və Şah¬taxtı gömrük-keçid məntəqələri fəaliyyətə başlamışdır.
Ulu öndərin Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən "31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında" Qərarın qəbul edilməsi, bu mənada, xüsusi əhəmiyyətə malikdir. Muxtar respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də Ümummilli liderimizin diqqət mərkəzində olmuşdur. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında "Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında" və "Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında" qərarlar qəbul edilmiş, bu islahatlar aqrar bölmədə irəliləyişlərə səbəb olmuşdur. 1992-ci il noyabrın 21-də isə respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdi.
Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdir. Bu elə bir məktəb idi ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirilmişdir.
Həmin illərdə hakimiyyətdə olan səriştəsiz, bacarıqsız təsadüfi şəxslərin əməlləri nəticəsində 1993-cü il iyun ayının əvvəllərində respublikada gərgin ictimai-siyasi vəziyyət yarandı. Hadisələr kulminasiya nöqtəsinə çatdı, silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı, siyasi böhran bütün ölkəni öz cənginə aldı. Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qaldı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq, yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Ümummilli liderimiz Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi, onun nicatı uğrunda siyasi mücadiləyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olundu.
Dahi siyasət və dövlət xadimi Heydər Əliyevin və onun rəhbərlik etdiyi Ali Məclisin fəaliyyətinin ən bö¬yük uğurlarından biri muxtar respublika ərazisindəki sovet qoşun hissələrinin dincliklə oradan çıxarılması, onlara məxsus silah-sursatın, hərbi texnikanın, əmlakın tamamilə Azərbaycanın ixtiyarı¬na verilməsinə nail olması oldu. Heydər Əliyev bu mürəkkəb işi elə incəliklə həyata keçirmişdi ki, keçmiş MDB məkanında, hətta Şərqi Avropada sovet qoşunlarının çıxarılması zamanı müşahidə olunmuş gərginlik Naxçıvan Muxtar Respublikasında yaranmamışdı.
Ağır şəraitdə Heydər Əliyev böyük dövlət xadimi, qətiyyətli və iradəli siyasətçi olduğunu növbəti siyasi gedişi ilə sübut etdi. Azərbaycanın digər bölgələrində sovet ordusundan qalan silah-sursat dağıdıldı¬ğı, talan edildiyi bir vaxtda Naxçıvandakı sovet qoşunlarının arsenalının bütünlüklə muxtar respublikanın dövlət orqanlarının nəzarəti altında təhvil-təslimini təmin etdi. Beləliklə, Naxçıvanda Azərbaycan Ordu¬sunun birləşmələri formalaşdı və bunun nəticəsində ermənilərin hücumlarına qətiyyətlə cavab verildi.
Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etməsi sayəsində muxtar respublikanın təhlükəsizliyi təmin edilmiş, sosial-iqtisadi məsələlərin həllinə nail olunmuş, siyasi-iqti¬sadi islahatlar həyata keçirilmiş, bütövlükdə Azərbaycan üçün taleyüklü olan qərarlara imza atılmış, müstəqil dövlətçiliyin kon-septual istiqamətləri müəyyənləşdirilmişdi. Onun rəhbərliyi ilə Ali Məclisin tarixi qərarları müstəqilliyə doğru böyük dönüşün ilkin əsasları olmuşdur.
Azərbaycanın sonrakı inkişafında mü¬hüm rol oynayan Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci ildə – Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyət illərində yaradıldı. Heydər Əliyevin 1991–1993-cü illərdə Ali Məclisə Sədrliyi dövründə qəbul edilən qərarlar təkcə Naxçıvan üçün deyil, bu, Azərbaycanın xilasına yönəlmiş mühüm tarixi hadisələrdir.
Heydər Əliyevin quruculuq və xilas¬karlıq missiyası 1993–2003-cü illərdə Azərbaycanı özünə qaytardı, müstəqil dövlətçiliyin yaradılması və inkişaf etdirilməsi sahəsində əldə etdiyi möhtəşəm uğurlarla ölkəmizi beynəlxalq aləmdə söz sahibinə çevirdi, iqtisadi və sosial həyatda böyük nailiyyətlərə imza atdı. Heydər Əliyevin ideyaları və uğurla tətbiq olu¬nan siyasi kursu sonrakı illərdə də böyük nailiyyətlərin əldə edilməsinin əsas stimulu, hərəkətverici qüvvəsi oldu.
Heydər Əliyev siyasəti hazırda cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ötən 19 ildə Azərbaycan dövlətinin qazandığı bütün uğurların təməlində Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla həyata keçirilməsi dayanır. Prezident İlham Əliyev bu siyasəti inamla davam etdirərək Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən və qüdrətli dövlətinə çevirib.  2003-cü ildən başlayaraq görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini möhkəmləndirməsi bu həqiqətləri təsdiq edir. Ötən 19 ildə iqtisadiyyatımız 3 dəfə artıb, vətəndaşların sosial rifahı yüksəlib. Bu illərdə inşası başa çatdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, "Cənub qaz dəhlizi" Azərbaycanın dünyada nüfuzunu artıran möhtəşəm infrastruktur qurğuları olaraq ölkəmizin inkişafına, xalqın sosial rifahının yüksəlməsinə xidmət edir.
Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması idi. Bu həm də Ulu Öndərin möhtərəm İlham Əliyevə ata vəsiyyəti idi. Prezident İlham Əliyev bu vəsiyyəti layiqincə, əsl Azərbaycan oğluna məxsus şəkildə yerinə yetirdi. İndi Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki bu qələbə ilə Prezident, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin vəsiyyətini, xalqımızın arzusunu yerinə yetirdi.
44 günlük Vətən müharibəsi günlərində xalqımız Prezident İlham Əliyevin necə bir qətiyyətli, cəsarətli lider olduğunu gördü.  Dövlət başçısının müdrikliyi, nüfuzu, xarizması nəticəsində beynəlxalq ictimaiyyət Azərbaycanın haqq işinə ehtiramla yanaşdı. Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət İkinci Qarabağ müharibəsinin nəticələrini tam qəbul edir. Eyni zamanda bütün dünya Azərbaycanı qüdrətli və həm də güclü lideri olan dövlət kimi tanıyır.
Möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq və Heydər Əliyev ideyaları dövlətimizin yüksəlişinə xidmət edəcək.
Dilşad Abbasova 
45 saylı Abşeron dairə seçki komissiyasının sədri

Xəbərlər     Tarix: 02 sentyabr 2022

Oxşar xəbərlər

Fed İdarə Heyətinin keçmiş üzvü Kuqlerin qaydaları pozduğu meydana çıxıb

Keçmiş FED İdarə Heyətinin üzvü Adriana Kuqlerin bu yay qəfil istefa verməsindən sonra onun FED-in etik qaydalarını pozan çoxsaylı maliyyə əməliyyatları etdiyi üzə çıxıb. xəbər verir ki, hökumət sənədlərinə əsasən, məsəl

Qızılın qiyməti düşüb

Qızılın qiymətində enmə var. xəbər verir ki, qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Belə ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Nyu-Yorku

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Rheinmetall satışlarının 58 milyard avroya çatacağını gözləyir

Alman müdafiə sənayesi şirkəti Rheinmetall, 2030-cu il üçün satış hədəfini yüksəldərək yeniləyib. xəbər verir ki, şirkət onilliyin sonunda satışlarının təxminən 58 milyard avroya çatacağını açıqlayıb. Bu rəqəm əvvəlki 40–5

Fransa bizdən neft alışını 3 dəfədən çox artırıb

Azərbaycan Fransaya 281 min 055,52 ton xam neft ixrac edib. xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsiin hesabtına görə, bu miqdarda məhsulun dəyəri 143 milyon 049,38 min ABŞ dollar

Server çöküb - Saytlar işləmir

Ölkədədə bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə giriş məhdudlaşıb. xəbər verir ki, hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsind

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Airbus Dubay Hava Sərgisində flydubai-dən böyük sifariş almağa hazırlaşır

Airbus Dubay Airshow-da flydubai-dən əhəmiyyətli bir təyyarə sifarişində əsas payı təmin etməklə, ilk dəfə olaraq sürətlə böyüyən büdcə aviaşirkəti rəqibi Boeing-in üstünlüyünü qırmağa hazırlaşır. xəbər verir ki, Avropal

Aİ Lutnikə tariflərlə bağlı xəbərdarlıq edəcək

Aİ (Avropa İttifaqı) rəsmiləri, ABŞ-ın polad və alüminium tariflərini genişləndirmə təşəbbüsünün yay aylarında imzalanmış ticarət anlaşmasına zidd ola biləcəyindən narahatdır. xəbər verir ki, Aİ-nın Ticarət Komissarı Maro


iqtisadi xeberler dollar məzənnəsi bitkoin almaq dollar kursu bitkoin