Ümidlərin, xəyalların yenidən doğulduğu məkan – "Kashalata" kafe - REPORTAJ

Ümidlərin, xəyalların yenidən doğulduğu məkan – Bir kafedə səmimiyyət, doğmalıq, mehribanlıq, hüzur, xoşbəxtlik – və daha artığını hiss etmək mümkün imiş. Bura sadəcə kafe deyil – cəmiyyətin və fərqli insanların dəyərlərinin ortaqlaşdığı məkandır.
 biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət Bakının mərkəzində yerləşən, Azərbaycanın ilk və yeganə inklüziv kafesi olan "Kashalata" kafedən gedir. "Kashalata" digər kafelərdən fərqlənir, onun kafenin əməkdaşları adi işçilər deyil, əksəriyyəti neyromüxtəlifliyi olan - autizm və ya daun sindromlu gənclərdir. Bu kafe onlar üçün sadəcə iş yeri deyil, həyata bağlılıq məkanı, insanlara, cəmiyyətə inteqrasiya olunmaq vasitəsidir.
"Trendyol" şirkətinin təşkil etdiyi media-tur zamanı ilk dəfə gəldiyim bu kafedə insan özünü fərqli hiss edir. Kofenin ətri içəridəki səmimiyyətə qoşularaq fərqli əhval-ruhiyyə yaradırdı.
Kafedə qəribə bir sükut və mehribanlıq, doğmalıq hiss olunur, insan özünü sanki hər gün bura gəlirmiş kimi, doğma məkanda hiss edir.
Media-tura daha müsbət əhval-ruhiyyə qatan bir hadisə də neyromüxtəlifliyi olan əməkdaşlardan barista Əziz Qəməbrovun ad günü olması idi. Bu dəfə o ad gününü iş yoldaşları ilə yanaşı media nümayəndələri ilə də qeyd etdi.
"Kashalata" kafedə iş bölgüsü ənənəvidir - kofe dəmləyən, desert-salat hazırlayan, ofisantlıq edən əməkdaşlar fərqlidir. Daim müştərilərlə, fərqli insanlarla  ünsiyyətdə olmaq bu gəncləri həyata bağlayır.
Azərbaycanda yeni təcrübə modeli olan "Kaşhalata" kafesinin fəaliyyətinə Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri olan "Trendyol" və Azərbaycanın ən böyük şirkətlərindən biri olan "PAŞA Holding" dəstək göstərir.
"Trendyol" 2 ildir "Kashalata" kafedə əməkdaşların əməkhaqqı xərclərini qarşılayır.
"Trendyol""un Azərbaycanda Korporativ kommunikasiyalar direktoru Süheylə Cəfərova bildirib ki, bu kafe cəmiyyətdə müsbət təsir yaratmaq, insanların həyatına müsbət təsir göstərmək üçün fəaliyyət göstərir:
"Azərbaycanda fəaliyyət göstərdiyimiz müddətdən bəri bizim korporativ sosial məsuliyyət və dayanıqlılıq strategiyamıza uyğun olan müxtəlif sahələri əhatə edən layihələr reallaşdırırıq. Layihələrin bir çoxunu bizim Azərbaycandakı strateji partnyorumuz "PAŞA Holding"lə bir yerdə həyata keçirmişik. Onlardan biri də "Kashalata" kafesinin fəaliyyətinə dəstək layihəsidir – artıq iki ildir ki, "PAŞA Holding"lə birlikdə "Kashalata"ya dəstək oluruq".
Ümidlərin, xəyalların yenidən doğulduğu məkan – FOTODA: Süheylə Cəfərova
"PAŞA Holding"in korporativ və sosial məsuliyyət üzrə meneceri Bəyim İbrahimova isə qeyd edir ki, holding artıq 3 ilə yaxındır ki, neyromüxtəlifliyi olan gənclərə dəstək verir:
"Əsas məqsədimiz cəmiyyətə töhfə vermək və bunun real nəticələrini görməkdir. Çox istəyirik ki, etdiyimiz layihələr yalnız yardım şəkildə deyil, davamlı və dayanıqlı layihə olsun, öz ayaqları üzərində dayana bilsin. "Kashalata" da bu layihələrdən biridir. Burada çalışan gənclərin iqtisadi fəallığı və müstəqilliyi bizi çox sevindirir. Bu tipli layihələrin ölkədə çox olmasını, inkluzivliyin artmasını, həmin gənclərin cəmiyyətə daha tez adaptasiya olmasını istəyirik".
Ümidlərin, xəyalların yenidən doğulduğu məkan – FOTODA: Bəyim İbrahimova
"Kashalata" kafesinin həmtəsisçilərindən biri "Birgə və Sağlam" İctimai Birliyinin rəhbəri Aytən Eynalovadır. Aytən xanım bu mühitə qəlbən bağlıdır, o özü də 22 yaşlı autizmli gəncin anasıdır. Həmin gənc "Kashalata"da aşpaz köməkçisi olaraq fəaliyyət göstərir.
Aytən Eynalovanın sözlərinə görə, hazırda "Kashalata" kafedə 20-ə yaxın əməkdaş fəaliyyət göstərir ki, onların da 10-u neyromüxtəlifliyi olan şəxslərdir. Bu şəxslərlə birlikdə digər əməkdaşlar inkluvizliyi təmin edir və bir-birlərinə dəstək olurlar:
"Autizm artıq dünyada çox geniş yayılıb. Araşdırmalara görə, hər 31 uşaqdan biri autizmli olaraq dünyaya göz açır. Ölkəmizdə də rəsmi statistika  olmasa da, əhalinin 1-2%-nin autizmli olduğu bildirilir. Belə insanların cəmiyyətə inteqrasiyası üçün müdaxilə modellərinin düzgün seçilməsi çox vacibdir. Erkən, doğru və intensiv müdaxilə edilməsi autizmli şəxslərin 40%-ni cəmiyyətə inteqrasiya etməyə imkan verir, hətta universitet oxuyacaq səviyyəyə çatdırır, "Kashalata" kafedə də belə gənclərimizdən var".
Aytən Eynalova bildirir ki, təşkilat hazırda dünyada geniş yayılmış dəstəkli məşğulluq modelinin Azərbaycanda da tətbiqinə çalışır. Həmin model çərçivəsində gənclər Azərbaycanın qabaqcıl şirkətlərində işə cəlb olunur, onların arasında AZAL, SOCAR, "Azərsun" və sair iri şirkətlər var.
Mediaturun maraqlı hissəsi, jurnalistlərin neyromüxtəlifliyi olan şəxslərlər birlikdə kofe hazırlaması oldu. Fürsətdən istifadə edərək, həmin gənclərin bir neçəsi ilə və autizmli gənclərin cəmiyyətə adaptasiya olmasında yaxından iştirak edən və onların iş kouçu Nuriydə Qasımova ilə söhbətləşdim.
Ümidlərin, xəyalların yenidən doğulduğu məkan – FOTOLAR: KOFE DÜZƏLTMƏK
Nuriydə Qasımova autizmli və daun sindiromlu şəxslərə iş mühitini öyrətmək və həmin şəxsləri prosesə adaptasiya etməyə köməklik göstərir. Onlar 15 yaş üzərində gənclərlə işləyir, iş prosesini öyrədir, daha sonra iş yerləri dəqiqləşəndə onlarla bərabər həmin iş yerinə gedir və adaptasiyaya kömək edir. Hazırda 2 belə gənclə işləyən Nuriydə Qasımova bir ilə yaxındır onlara köməklik göstərir. Onlardan artıq biri demək olar ki, sərbəst şəkildə işləyir.
Ümidlərin, xəyalların yenidən doğulduğu məkan – FOTODA: Nuriydə Qasımova
İlyarımdır "Kashlata" kafedə işləyən və ad gününü qeyd edən Əziz Qəmbərov burada işə başlamasından danışıb: "Burada işləməzdən əvvəl "Birgə və Sağlam" İctimai Birliyində könüllü olaraq fəaliyyətə başaldım. Daha sonra buraya gəldim və bacarıqlı olduğumu görüb, işə götürdülər. Çalışıram ki, bütün işlərimdə diqqətli, gülərüz və mehriban olum. Müştərilərin münasibətləri çox yaxşıdır, həm də bu məkan müsbət enerji ilə doludur, ona görə də özümü çox xoşbəxt hiss edirəm, aldığım əmək haqqı da məni tam qane edir".
Əziz Qəmbərov arzularının çox olduğunu, həyatda hər şeyin ideal olmasını istəyir, amma bunun mümkün olmadığını da bilir:
"Çoxlu ölkələri ziyarət etmək, yaxşı avtomobilimin olmasını istəyirəm. Mən xarici ölkələrdə - Gürcüstanda və Türkiyədə olmuşam. Xüsusilə dini arxitekturanı çox sevirəm, buna görə də Türkiyə diqqətimi daha çox cəlb edir. Yaponiya, Tailand və bəzi Avropa ölkələrini ziyarət etmək istəyirəm".
Əziz Qəmbərov Azərbaycan Xarici Dillər Universitetinin 3-cü kursunda – ingilis dili müəllimliyi ixtisasında oxuyur. Universiteti bitirəndən sonra elə orada qalıb, müəllim işləmək istəyir. Səhərlər dərsə gedəndən sonra, günün ikinci yarısında kfedə işini davam etdirir. İngilis və rus dillərini bilməsi sayəsində kafeyə gələn müştərilər ilə xarici dildə rahat ünsiyyət qurur. Bəzi müəllimləri və tələbə yoldaşları onun kafedə işlədiyini bilir, hətta "Soyuq əllər, isti ürək" yarmarkasında fəaliyyət göstərən "Kashalata" kafeyə gəldiklərini də deyir.
Boş vaxtlarında musiqiyə qulaq asıan, şəkil çəkən Əziz tez-tez həyatda baş verənləri analiz edir: "Həyatda hər şeyin ideal olmasını istərdim, amma anlayıram ki, tam ideal ola bilməz, həmçinin tam pis də ola bilməz. Hər şeyin öz dərəcəsi, sərhədi var".
Ümidlərin, xəyalların yenidən doğulduğu məkan – FOTODA: Əziz Qəmbərov / fed.az

Biznes     Tarix: 15 aprel 2026

Oxşar xəbərlər

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını


iqtisadi xeberler birbank iqtisadiyyat xeberleri telefonla pul qazanmaq dollar manat kursu