Unibankın nizamnamə kapitalı 142 milyonu ötdü
Unibank kapitallaşma prosesini uğurla həyata keçirib.
azxeber.com xəbər verir ki, nəticədə Bankın məcmu kapitalı ümumilikdə 12 milyon manata yaxın artaraq, 142 milyon 586 min 357 manat olub.
Qeyd edək ki, 29 aprel 2022-ci il tarixdə "Unibank Kommersiya Bankı" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı kapitalın artırılması ilə bağlı qərar verib. Bankın hər birinin nominal dəyəri 2,72 manat olan 4 milyon 375 min ədəd adi, adlı, sənədsiz səhmlərinin buraxılışı haqda hesabatı 20 iyul 2022-ci il tarixində Mərkəzi Bankda dövlət qeydiyyatına alınıb.
Avqustun 4-də Bakı Fond Birjasında "Unibank Kommersiya Bankı" ASC-nin AZ1003002024 dövlət qeydiyyat nömrəli, 11 milyon 900 min manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi yekunlaşıb. Abunə yazılışı zamanı yerləşdirmənin anderrayteri olan "Unicapital İnvestisiya Şirkəti" ASC-yə 10 investor tərəfindən 10 sifariş təqdim edilib. Bakı Fond Birjasında keçirilən hərracın nəticəsi olaraq, səhmlər Bankın 10 investoru tərəfindən alınıb. Səhmlərin alışı proporsional qaydada baş verdiyindən, nizamnamə kapitalının artımı nəticəsində səhmdarların pay bölgüsündə dəyişiklik olmayıb.
11 avqust 2022-ci il tarixində səhm emissiyası yekunları haqqında hesabat Mərkəzi Bankda dövlət qeydiyyatına alınıb.
Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, innovativ bankçılıq həllərinin tətbiqində liderliyi qorumaq, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq və müştərilərə yeni məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 30 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Unibank- Sənin Bankı!

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
CV-nin tərtib edilməsi prinsipləri
Ev şəraitində pul qazanmağın yolları
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
"iPhone 15" modelinin üstünlükləri