Universitet-Biznes Əməkdaşlığı çərçivəsində memorandum imzalanıb

Universitet-Biznes Əməkdaşlığı çərçivəsində memorandum imzalanıbSürətlə dəyişən müasir dünyada innovasiyanın, iqtisadi inkişafın və cəmiyyətin tərəqqisinin təmin edilməsi, nəzəri biliklərlə yanaşı praktik bilik və bacarıqlara da yiyələnərək əmək bazarının tələblərinə cavab verən  kadrların hazırlanması üçün Universitet-Biznes Əməkdaşlığı zərurətə çevrilib.
FED.az xəbər verir ki, bu əməkdaşlıqlarla hər iki tərəfin unikal gücləri birləşdirilir: universitetlər  tədqiqat və araşdırmalar, peşəkar məzunlar və nəzəri ekspert bilikləri təqdim edir, biznes isə praktik təcrübə, real problemlər, maliyyə dəstəyi və məşğulluq imkanları ilə ümumi fəaliyyətə töhfə verir. Əsas məqsəd təhsili və tədqiqatı iqtisadi və sosial ehtiyaclarla uzlaşdıraraq universitet və biznes sektoru arasındakı boşluğu aradan qaldıran körpü yaratmaqdır.
"BERC&Partners" ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında Universitet-Biznes Əməkdaşlığı layihəsi çərçivəsində memorandum imzalanıb. Bu Memorandumda UNEC və "BERC&Partners" şirkətinin həyata keçirəcəyi birgə fəaliyyətləri, xüsusi ilə aşağıdakı istiqamətləri əhatə edən fəaliyyət planı razılaşdırılıb.
"BERC&Partners"-lə UNEC arasında Startup quruluculuq fəaliyyətlərinin inkişafı və dəstəklənməsi üçün birgə fəaliyyətlərin həyata keçirilməsi, inkubasiya və akselerasiya fəaliyyətlərinin əlaqələndirilməsi;
UNEC Ömürboyu Təhsil Mərkəzi ilə birgə korporativ və fərdi istiqamətdə təlim və xidmət fəaliyyətlərinin təşkili və həyata keçirilməsi;
Birgə tədqiqat layihələrinin həyata keçirilməsi, konfransların, təlimlərin və seminarların təşkil edilməsi;
UNEC tələbələrinin "BERC&Partners"-də və onunla partnyor olan şirkətlərdə və layihələrdə təcrübə proqramlarına cəlb edilməsi;
Qarşılıqlı razılaşma ilə "BERC&Partners"-in mütəxəssis və təlimçi heyətinin UNEC-in tədris fəaliyyətlərində qonaq müəllim qismində cəlb olunması;
Tələbələri "BERC&Partners"-in fəaliyyəti və mövcud kadr tələbatı haqda məlumatlandırmaq məqsədilə UNEC-də "Karyera günləri"nin keçirilməsi;
Layihənin idarəetmə operatoru "BERC&Partners" şirkətinin nəzdində fəaliyyət göstərən "Universitet Biznes Əməkdaşlığı Mərkəzi "-dir (UBƏM). UBƏM akademik institutlar və biznes sektoru arasında ələqalər quran, cəmiyyətin və iqtisadiyyatın real problem və ehtiyaclarını müəyyənləşdirən və ya həll yolları təqdim edən layihələrin birgə həyata keçirilməsini təşkil və idarə edən, layihələrin maliyyələşmə modellərinin işlənməsini həyata keçirən layihə idarəetmə və tədqiqat mərkəzidir.
Qeyd edək ki , "BERC&Partners" biznesin qurulması və idarəedilməsi, biznes tədqiqatlarının aparılması və bizneslərin ehtiyacı olan praktik bacarıqlara malik kadrların hazırlanması, xidmət göstərdiyi bütün sahələr üzrə təlim, məsləhət və dəstək xidmətləri verən, ixtisaslaşmış biznes xidmətləri göstərən ekosistem şirkətidir. Hal-hazırda biznes qurulması və idarəedilməsinin müxtəlif istiqamətlərini əhatə edən 150-dən çox xidmət təklif edir.

Biznes     Tarix: 07 dekabr 2024

Oxşar xəbərlər

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 418 Azərbaycan investisiyalı şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Gürcüstanın "BusinessPress" nəşri yazıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatın

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr


iqtisadi xeberler bitkoin qiymeti valyuta xeberleri bitkoin almaq kicik biznes