ÜST səhiyyədə süni intellektdən istifadənin riskləri barədə xəbərdarlıq edib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səhiyyədə generativ süni intellektin (Sİ) böyük multimodal modellərindən (LMM) istifadənin riskləri barədə xəbərdarlıq edib.
ÜST ölkələri bu texnologiyaların insan hüquqları sahəsində qanunvericiliyə uyğun olmasını təmin etməyə çağırıb və onların tətbiqinin nəticələrini qiymətləndirmək üçün məcburi auditlərin tətbiqini tövsiyə edib.
"LMM sağlamlıqla bağlı xüsusi məqsədlər üçün istifadə olunmağa başlasa da, sağlamlıqla bağlı qərarlar qəbul etmək üçün bu cür məlumatlardan istifadə edən insanlara zərər verə biləcək yalan, qeyri-dəqiq, qərəzli və ya natamam məlumatlar yaradılması ilə bağlə sənədli sübutlar da var", – təşkilatdan bildirilib.
Risklər həmçinin aşağı keyfiyyətli məlumatların və ya irqi, etnik mənsubiyyət, cinsiyyət və ya yaşa əsaslanan qərəzli yanaşmanın olduğu məlumatların istifadəsindən qaynaqlanır. "Generativ Sİ texnologiyaları kibertəhlükəsizlik baxımından da həssasdır: pasiyentlərin məlumatları və daha geniş şəkildə tibbi yardımın göstərilməsi risk altında ola bilər", – sənəddə deyilir.
ÜST hesab edir ki, təhlükəsiz LMM yaradılmasında, özü də hazırlanma və tətbiq mərhələsinin bütün etaplarında müxtəlif maraqlı tərəflər, o cümlədən hökumətlər, texnologiya şirkətləri və pasiyentlər iştirak etməlidir. / banker.az
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb