Van İ: "ABŞ Çinin birləşməsinin qarşısını almağı xəyal etməməlidir"

Van İ: ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Çinin ciddi etirazlarına baxmayaraq Tayvana səfəri "Vahid Çin" prinsipini kobud şəkildə pozur, Çinin suverenliyinə qərəzli qəsd edir, açıq-aşkar siyasi təxribata yönəlir. Səfər Çin xalqı arasında ciddi hiddətə və beynəlxalq ictimaiyyətin böyük etirazına səbəb olub.
Bu fikirlər Çin xarici işlər naziri Van İnin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin özünü müstəqil dövlət kimi qələmə verən Tayvan adasına ("Çin Respublikası") səfəri ilə bağlı bəyanatında yer alıb.
"Bu səfər ABŞ siyasətçilərinin Çin-ABŞ münasibətlərində baş bəlası olduğunu və Birləşmiş Ştatların Tayvan boğazında və regionda sülhün, sabitliyin ən böyük dağıdıcısına çevrildiyini bir daha göstərir", – deyən çinli nazir əlavə edib ki, Vaşinqton Çinin birləşməsinin qarşısını almağı xəyal etməməlidir. Tayvan Çinin bir hissəsidir və Çinin birləşməsi tarixi zərurətdir. Biz "Tayvanın müstəqilliyi"nə can atan qüvvələrə və xarici müdaxiləyə imkan verməyəcəyik. Tayvan məsələsi Çinin daxili işidir.
ABŞ-ın Çinin inkişafını pozmaq üçün fantaziya qurmamalı olduğunu vurğulayan Van İ qeyd edib ki, heç bir ölkəyə Çinin sabitliyini və inkişafını pozmağa imkan verməyəcəklər. Çinin inkişafını və sülhpərvər yüksəlişini pozmağa cəhd olan Tayvan məsələsindəki təxribatlar da uğursuzluğa düçar olacaq.
Çinli nazir ABŞ-ın Tayvan məsələsindəki yanaşmasının qarşıdurmaya yönəldiyini, habelə Asiya-Sakit okean hövzəsi xalqlarının ümidlərinin əksinə olduğunu bildirib. O, Vaşinqtonun "Tayvan kartı"nı oynamaqdan və BMT Nizamnaməsinin prinsiplərini pozmaqdan əl çəkməli olduğunu deyib.
Van İ Vaşinqtonun gərginliyin yüksəldilməsində Çini günahlandırmasını əsassız hesab edərək, faktların Birləşmiş Ştatların Tayvan məsələsi ilə Çinə qarşı təxribat etdiyini, Çinin suverenliyini və ərazi bütövlüyünü kobud surətdə pozduğunu göstərdiyini bildirib.
Qeyd edək ki, rəsmi Pekinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosi avqustun 2-də gecə saatlarında Tayvan adasına səfərə gəlib. Bu, ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsini tutan şəxsin son 25 ildə Tayvana ilk səfəridir.
Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. "Vahid Çin" prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma "Çin Respublikası"nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.

Xəbərlər     Tarix: 03 avqust 2022

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind


iqtisadi xeberler biznes xeberleri avtomobil xeberleri biznes krediti internetden pul qazanmaq