"Vaxtınızı başqasının həyatını yaşamağa sərf etməyin": Tim Kukun biznes qaydaları

2022-ci ilin əvvəlində Apple dünyada kapitallaşması $3 trilyonu keçən ilk şirkət oldu. 10 ildən çoxdur ki, korporasiyaya Tim Kuk rəhbərlik edir. Onun hansı biznes qaydalarına əməl etməsi barədə Forbes yazıb.
2021-ci ildə Apple-ın baş direktoru Tim Kuk təxminən $100 milyon qazanıb ki, bu da əvvəlki illə müqayisədə 570% çoxdur. Yanvarın 14-ü Forbes Real-Time jurnalının məlumatına əsasən, onun sərvəti $1.5 milyardı keçib.
Kuk 10 ildən çoxdur ki, Apple şirkətinin qurucusu Stiv Cobsun yerinə baş direktor vəzifəsində çalışır. Şirkətin hesabatına əsasən, onun səhmləri bu 10 il ərzində 1100% bahalaşıb. 2022-ci ilin yanvarın 3-ündə isə texnologiya nəhənginin bazar dəyəri tarixdə ilk dəfə $3 trilyonu ötüb.
Apple-ın rəhbəri çıxışlarında hansı qaydalara riayət edir?
1. "Ürəyimdə mühəndis və analitika mütəxəssisi olsam da, həyatımdakı ən vacib qərarları bunu unutduğum zaman vermişəm. Onların hamısı intuisiyaya əsaslanırdı".
2. "Başqasının həyatını yaşamağa vaxtınızı sərf etməyin. Sizdən əvvəl gələn insanları sizə yaraşmayan formada canlandırmağa çalışmayın".
3. "Əgər xaos fabriki tikmisinizsə, onun məsuliyyətindən qaça bilməzsiniz".
4. "Gecənin ortasında ağlına ideya gətirə biləcək insanları axtarmalısınız. Onlar bu ideyanı təbliğ etmək üçün çox həvəsli olmalıdırlar".
5. "Müəllimləriniz sizi hazır vəziyyətə sala bilər, amma hazır qoyub gedə bilməz".
6. "Düşünürəm ki, həmişə qaydalara əməl etməyə dəyməz. Qaydalar yaratmalısınız. Əgər tərtib edilmiş qaydalara ciddi əməl etsəniz, sonda başqalarından fərqlənməyəcəksiniz".
7. "Mən süni intellektin insan kimi düşünmə qabiliyyətini əldə etməsindən narahat deyiləm, əksinə, insanların dəyərlər və mərhəmət olmadan, nəticələri düşünmədən kompüterlər kimi davranmağa başlamasından narahatam".
8. "Məsələ ondadır ki, vaxtı gələndə hazır olmayacaqsınız. Olmalı da deyilsiniz. Təcrübə qazanmaq üçün cəsarətli olun. Narahat olmayın. Məsuliyyət daşımadan tanınmaq istəyənlər çoxdur. Fərqli olun. Geridə dəyərli bir şey qoyun. Lakin heç vaxt unutmayın: bunları özünüzlə apara bilməyəcəksiniz, başqalarına ötürməli olacaqsınız".
9. "Haqlı olduğunuza əmin olduqda, mövqeyinizi qorumağa cəsarət edin. Problemlər və ya haqsızlıqlar görürsünüzsə, anlayın ki, onları sizdən başqa heç kim düzəldə bilməz".
10. "Mən bir şeyi öyrəndim: texnologiya bizi dəyişmir, o sadəcə keyfiyyətlərimizi artırır – yaxşı və pis. Yaxşı keyfiyyətlərinizlə tanınmaq istəyirsinizsə, pis keyfiyyətlərinizə görə məsuliyyət daşıyın. Hər şey çox sadədir".
11. "Biznes də idman kimidir – qalib kimin olduğu əksər hallarda yarış başlamazdan əvvəl bəllidir. Biz hər zaman doğru anın nə vaxt gələcəyini dəqiq deyə bilmərik, lakin hər zaman hazır ola bilərik".
12. "Stiv Cobs dahi və uzaqgörən bir insan idi. Və heç vaxt düşünmürdüm ki, mənim rolum onu əvəz etməkdir. O, əvəzolunmazdır. Mən isə mənəm. Bütün diqqətimi Apple üçün əla CEO olmağa yönəltmişəm".
13. "Bəşəriyyətə təsirinizi bəyənmə sayı ilə deyil, kəsişdiyiniz həyatlarla; populyarlıqla deyil, xidmət etdiyiniz insanlarla ölçün".
14. "Edə biləcəyiniz ən pis şey – qarşınızdakı insanın gözlərinə yox, telefonunuzun ekranına tez-tez baxmaqdır".
Materialda Tim Kukun MIT, Stenford, Fukua Biznes Məktəbi, Obern Universitetinin məzunları qarşısında çıxışlarındakı sitatlardan istifadə olunub. /banker.az

Maraqlı     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

Yaxşı rəhbər susmamalıdır: rəy bildirməyin 4 qaydası

Davranış psixologiyası üzrə ekspert Denni Kenni narazılığı içinizdə yığıb saxlamaq əvəzinə onu düzgün şəkildə ifadə etməyi və bunun üçün dörd qaydaya əməl etməyi tövsiyə edir. Lois bunu hələ mart ayında başa düşmüşdü. Onu

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib


iqtisadi xeberler depozit faizleri rubl mezenne telefonla pul qazanmaq bitkoin