Vilayət Eyvazov daxili işlər orqanlarına tapşırıqlar verib
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində müsbət nəticələrin inkişaf etdirildiyini diqqətə çatdıraraq xidməti fəaliyyətin səmərəliliyinin daha da artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
"Report" xəbər verir ki, nazir bu barədə Daxili İşlər Nazirliyində 2022-ci ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında məlumat verib.
Eyni zamanda, vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu xatırladan nazir cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.

Qızıl gətir, sərfəli kredit götür
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Çin yuanı dünya arenasında irəli aparır və Qərb sanksiyalarının təsirini zəiflədir
Agentlik: Sahibkarların 99,7 %-i KOB subyektləridir
Şirkət nümayəndəsi vəfat edib - "Şahşərab"ın səhmdarları toplanır
Evdə biznes qurmağın yolları
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın ən zəngin idmançıları
Ev şəraitində pul qazanmağın yolları
Biznes planı necə yazmaq lazımdır?